Şou-biznes

"Dava düşdü, qaçdıq qəbiristanlığa" - Əlikram Bayramov toyda döyülməsindən danışdı - VİDEO - FOTO

25 Sentyabr 2017 18:50
88 Şərh     Baxış: 6 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Səhər-səhər" proqramının növbəti qonağı müğənni Əlikram Bayramov olub.

Milli.Az bildirir ki, maraqlı açıqlamalar verən müğənni, Manaf Ağayevin həmkarları İzzət Bağırovla bağlı söyləntilərini də cavabsız qoymayıb:

"İzzət Bağırovun başına gələn iş, o qədər mənim başıma gəlib. O qədər yumruqlar atıblar, mikrofonumuzu alıblar, qəbiristanlığa basıblar. O guya nə vaxt olmayıb ki, kimin başına gəlməyib? Dava düşüb qaçmışıq qəbiristanlığa. Sintezator çalanın 1 səhvi ucbatından bütün kənd üstümüzə düşmüşdü. Qaşım çatlayıb. İdmançı imiş. Necə fırlandısa qaşımda hələ də yeri qalıb. Yerdə necə qalmışamsa, 1 saat sonra ayılıb demişəm ki, mənə nə olub? Yəni döyülmüşük də, vurulmuşuq da, polisə də düşmüşük. Toy məclisi çox şər yerdi. Bir yerdəki içki içilir, mənim ağlım başımda olmayacaq və hər şey ola bilər. Çatan kimi kənd yerlərində yer gəzin qaçmağa. Bir dənə səhv elədin kənd gəldi, nə edəcəksən? İndi də mənə zəng edirlər ki, niyə Manaf belə deyib? Manafın evində o qədər yeyib-içmişik. Özüdəki süfrəsi açıq adamdır. Amma niyə belə deyib? Heç olmasa bizi çıxartma özündən".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.