Şou-biznes

"Mənim uşağıma bic deyənin atası bəlli deyil" - Təranə Səmədova - VİDEO - FOTO

25 Sentyabr 2017 16:44
62 Şərh     Baxış: 16 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Düz bazar" verilişinə qonaq olan prodüsser Təranə Səmədova maraqlı açıqlamalar verib.

Milli.Az bildirir ki, verilişdə azyaşlıların zorlanması mövzusunda gedən müzakirə zamanı prodüser fikirlərini belə əsaslandırıb:

"Bu cür mövzular mənə pis təsir edir. Mən uzun müddət uşağımın atasının kimliyini açıqlamadım. Bu, mənim özəlimdir. Müzakirəyə çıxarılmasını istəmirəm. Bunu açıqlamırdım deyə, keçmiş həyat yoldaşıma müəyyən təpkilər göstərdilər ki, niyə uşağına sahib çıxmırsan? O da oradan çıxış edib ki, mənim uşağım deyil. Həmin aqressiyanın qarşılığında mən susa bilmərəm axı.

Sosial şəbəkələrdə yazırlar ki, uşaq bicdir. Uşağımın atasını çox gözəl tanıyıram. Sadəcə istəmədim ki, onun soyadını götürüm. Mənim uşağıma bic deyənlərin atasının kimliyi bəlli deyil. Mənim dünyaya uşaq gətirmək hüququm var idi və gətirdim".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.