Şou-biznes

"Qayınanam ailəmi dağıtdı və bu sənətə gəldim" - Elza Seyidcahan - VİDEO - FOTO

25 Sentyabr 2017 13:31
22 Şərh     Baxış: 4 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Boş anlar" verilişinin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.

Milli.Az xəbər verir ki, əməkdar artist ilk olaraq uğursuz evliliyindən söz açıb:

"19 yaşımda mənim 2 övladım var idi. 17 yaşım tamam olmamış evlənmişdim. Evlənmək qərarını oğlan evi aldı. Dedilər ki, verməlisiz, almalıyıq və getməliyik. Nənəmgilə getmişdilər. Nənəm elə bilmişdi ki, artıq bunlar "hə" alıblar. Ona görə nənəm hə demişdi. Mən yuxudaydım. Bir də gördüm qapı açıldı. Qayınanam boğazımdan elə sıxdı ki, az qalmışdı sümüklərim sınsın. Dedilər ki, zarafatdır. 6-7 ilə yaxın ailəli qaldım".

Sənətçi daha sonra ailəsinin qayınanasının dağıtdığını bildirdi:

"Biz 12 il boşanmadıq. Boşanmaq istəmirdik. Həyat elə gətirdi ki, ayrıldıq. Əslində bizim ailəmizdə problem olmayıb. Sadəcə kənardan qayınanam müdaxilə etdi. Bu sənətdə olmağıma görə də 2 nəfərə borcluyam. Qayınanam ailəmi dağıtdı, anam da oxutdu".

Elza Seyidcahan ailəli olduğu zaman şiddətə məruz qalığını deyib.

"Qayınanam məni döymüşdü, anamgilə getmişdim. Evdən heç nə götürmədim. Texnikumda oxuyanda bilirdilər ki, musiqi bəstələyirəm. "Şəhidlər balladası"ndan xəbərləri var idi. Sumqayıtda Kimyaçılar sarayında şəhidlərin 1-ci il dönümündə mənə təklif etdilər ki, siz bunu ifa edin, bacınız oxusun. Bunu qayınanama çatdırmışdılar. Qayınanam xəbər göndərmişdi ki, əgər o, səhnədə ifa etsə, yoldaşı ona gəlib gül verəcək, onla da bu iş bitəcək, boşanacaqlar. Mən ailəmi müqəddəs tutdum və getmədim".

Sonda müğənninin bacısı hətta qayınanasının Elzaya şər atdığını da qeyd edib.

Rasimə Seyidcahan Muradova - Bacısı: "Yoldaşı işdən gələndə ona çay süzmək istəyirdi Elza. Artıq nə edirdisə bu arvadı qıcıqlandırırdı. Elza çay süzəndə qayınanası gəlib saçından tutmuşdu. Elzanın da əlində çaynik olmuşdu. Elza deyir ki, imkan vermir ki, əlimdən çayniki qoyum sözümü deyim. Deyir nə çayniki qoya bilirəm, nə də başqa bir şey edə bilirəm. Biraz su tökülüb. Qayınanası gedib xəstəxanada yatmışdı ki, gəlin mənim üstümə isti su tökdü. Yoldaşı o vaxt qorxmuşdu. Demişdi ki, səni aparım anangilə, özüm də Rusiyaya işləməyə gedim. O da tez gəlmişdi. Demişdi ki, gəl gedək evimizə. Elza razı olmamışdı".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Qayınanam ailəmi dağıtdı və bu sənətə gəldim" - Elza Seyidcahan

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.