Şou-biznes

"Həyat tərzimi işimə çevirmişəm…" - Azərbaycanlı teleaparıcı - VİDEO - FOTO

25 Sentyabr 2017 12:27
2 Şərh     Baxış: 3 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı "Virtual həyat" proqramının aparıcısı Aynur olub.

Milli.Az xəbər verir ki, "Virtual həyat" verilişinin aparıcısı əvvəllər, sadəcə, sosial şəbəkələrdə özü üçün məşhurların gündəlik həyatını izləsə də, artıq həyat tərzini işinin bir parçasına çevirib.

"Sırf "Virtual həyat" verilişinin aparıcısı olaraq, bu iş mənə çox maraqlıdır. Çünki başqaları üçün bu, bir peşə ola bilər, ancaq mənim üçün artıq həyat tərzinə çevrilib. Bu işdə işləməmişdən əvvəl mənim səhər oyananda ilk işim sosial şəbəkələrə daxil olaraq, məşhurları izləmək olub. Məşhurları izləyib sevimli izləyicilərimə çatdırıramsa, bu, artıq mənim üçün daha da maraqlı bir şəkil alır. Çünki öz gözümlə gördüyüm tanınmışları izləyicilərimə də tədqim edirəm".

Gördüyü işdən hər an zövq aldığını söyləyən Aynur yorğunluğunun, sadəcə, əyləncəli yorğunluq olduğunu etiraf edib:

"Həyat tərzimi işimə çevirmişəm. "Virtual həyat" komandasının bir üzvü olaraq məlumatları tapmaq, araşdırmaq mənə zövq verir. Bu iş məni əsla yormur, yorulsam da, bu ancaq əyləncəli yorğunluq olur".

Model kimi də fəaliyyət göstərən, kamera önünə keçib pozlar verən Aynur bu işlə həvəskar şəkildə məşğul olsa da, hobbisindən zövq aldığını dilə gətirdi:

"Hazırda modelliklə peşəkar şəkildə məşğul deyiləm. Ətrafımdakı dostlarım, tanışlarımın əksəriyyəti fotoqraf olduğundan mənə söylədilər ki, sən bu işdə çalışa bilərsən. Düşündüm ki, niyə də olmasın?! Çəkilişlərə başlayandan sonra bu iş özümün də xoşuma gəldi. Çünki ətrafdakıların mənə qarşı münasibəti də dəyişdi. Çəkilişlər zamanı bir çox problemlər olur. Məsələn, hava şəraiti, yağış yağır, gün batımı olur, verilən pozların düzgünlüyü məsələsi və s. Ancaq buna baxmayaraq, gördüyüm iş mənə zövq verir. Hazırda hobbi olaraq, sevdiyim bu iş gələcəkdə mənim peşəkar işimə çevrilə bilər".

İstedadı bəzən uzaqlarda axtarıb gözümüzün önündəki üstünlükləri görə bilmirik. Sən demə, Aynurda nə istedadlar varıymış ki, xəbərimiz yoxuymuş:

"Yəqin ki, mənim videolarımı görmüsünüz? Hər dəfə məni başqa formatda görürsünüz. Bu videolara baxandan sonra sizə bir az qəribə gələ bilər. Rəqs artıq mənim hobbimə çevrilib və mənfi enerjimdən rəqslərim sayəsində azad oluram. Sosial şəbəkələrdə rəqslərim çox maraqla qarşılanır. Rəqslə peşəkar şəkildə məşğul olmaq üçün dərslər aldım və istədiyimə də nail oldum".

- Aynur, bəs bu qədər işi eyni günə necə sığışdırırsan, vaxtını düzgün bölməkdə çətinlik çəkmirsən ki?

"Adətən insanlar vaxtlarını düzgün bölməməkdən şikayət edirlər. Bir işə çatırlar, o birinə çatmırlar. Ondan da şikayətlənirlər. Mənə çox suallar gəlir ki, bu qədər işi necə çatdırırsan və heç bir əksiklik olmur. Sadəcə, məsləhətim odur ki, vaxtı düzgün bölsünlər, əvvəlcədən planlaşdırsınlar. Əlbəttə ki, bütün işlərimdə ailəmin böyük dəstəyi var. Bunun üçün işlərimin hamısın vaxtında çatdırıram".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Həyat tərzimi işimə çevirmişəm..." - deyən xanım görün kimdir?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.