Şou-biznes

Naz erməni mahnısını təbliğ etdi - VİDEO

22 Sentyabr 2017 17:28
10 Şərh     Baxış: 4 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daim qalmaqallı foto və videolarla gündəmə gələn azərbaycanlı gəlin namizədi Naz Mila bu dəfə erməni mahnısı ilə diqqət çəkib.

Belə ki, N.Mila izləyiciləri üçün paylaşdığı videoda erməni ifaçılar Super Sako və Armençikin ifasında səslənən "She is mine" mahnısının sədaları altında saçlarını reklam edib.

Milli.Az primetime.az-a istinadla xəbər verir ki, o, izləyicilərin tənqidinin qarşısını almaq üçün paylaşımının şərh bölməsini bağlayıb. Qeyd edək ki, Armençik Ermənistanın meqastarı sayılır və onun əsl adı Armen Qondracyandır.

Xatırladaq ki, Naz sonuncu dəfə "Qarabağ" futbol klubu qalib olduğu halda qol vuran futbolçunun adını ombasına döydürəcəyi açıqlaması ilə gündəmə gəlmişdi.  Onun bu sözləri izləyiciləri ilə yanaşı, prodüser Tarix Əliyevin də (Tolik) sərt tənqidinə səbəb olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.