Şou-biznes

Elnarə ərindən danışdı: "Mənə əl qaldırsa…" - FOTO

22 Sentyabr 2017 13:59
22 Şərh     Baxış: 8 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Elnarə Xəlilova şəxsi həyatından bəhs edib.

Milli.Az bildirir ki, yenicag.az-a danışan sənətçi həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib:

"Bu illər ərzində bir dəfə də olsun həyat yoldaşım Rövşən mənə əl qaldırmayıb. O bilir ki, əgər mənə əl qaldırsa, həmin gün onun yanından gedərəm. Mənə əl qaldırmasa da, bir baxışı və bir kəlmə sözü bəs edir. O, elə bir sərt söz deyə bilər ki, adamın yeddi qatından keçər. Necə deyərlər, əsl Azərbaycan kişisidir.

Amma onu uzun illər tanıdığım üçün çalışıram ki, sözlə də döyülməyim. Onun ürəyi çox yumşaqdır, evdə boş-boşuna mübahisə yaratmaz. Ay yemək niyə gec hazırlandı, bu paltar niyə yuyulmadı - belə şeylərə görə Rövşən heç vaxt qanımı qaraltmayıb. Həmişə bir-birimizi anlamışıq və bir-birimizə hörmətlə davranmışıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.