Şou-biznes

"Heç bir müğənni İzzətin yanında olmadı"

21 Sentyabr 2017 19:36
4 Şərh     Baxış: 4 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İzzət Cavanşir Məmmədov, Zöhrə Abdullayeva və Firuzə İbadovanı ağsaqqal kimi xəstəxanaya, döyülən adamın qapısına minnətçi kimi yollayıb".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Manaf Ağayev "Səhər-səhər" verilişində deyib.

Sənətçi müğənni İzzət Bağırzadənin cangüdəninin məclislərin birində dalaşmasından danışıb.

O bildirib ki, heç bir sənət dostu İzzətə zəng vurub, yanında olmayıb:

"İzzət kimə nə edib? Heç kim hadisədən sığortalanmayıb. Heç bir sənət dostu ona baş çəkmədi. Heç yığıb demədilər ki, başına nə yaxşı iş gəlib? Biz musiqiçilər beləyik. Heç bir kişilik, birlik yoxdur".

Qeyd edək ki, 31 avqust tarixində "Neolit" restoranında təşkil edilən məclisdə iştirakçı olan 44 yaşlı Aslanov Novruz Qərib oğlu, onun 16 yaşlı oğlu Vüsal Aslanlı və məclis sahibinin yaxın qohumu Asif Zeynalov müğənni İzzət Bağırovun Elçin adlı cangüdəni və şadlıq evinin Tural adlı mühafizəçisi tərəfindən möhkəm döyülüblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.