Şou-biznes

"Ona baxıram və zövq alıram" - Lalə Məmmədova - VİDEO - FOTO

21 Sentyabr 2017 16:32
0 Şərh     Baxış: 2 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB Ulduz-un "Şou məkan" verilişinin növbəti qonağı Əməkdar artist Lalə Məmmədova olub.

Milli.Az bildirir ki, əməkdar artist ilk olaraq yeni imicindən söz açıb:

"Mən artıq bir ildir ki, belə qısa saçlayam. Amma deyirlər ki, yaxşı yaraşır. Rəngində, saç kəsimində stilist Zahir mənə kömək edir. Amma yenə də ürək lazımıydı ki, bu riskə getsin. Şükür Allaha ki, bu ürək var hələ döyünür. Keçən il saçlarını riskə gedib kəsdirəndə o da dedi ki, mən istəyirəm kəsilsin. Kəsdirdi, amma yaraşmadı. Dedim Nərgiz səninki qara buruq saçlardı".

Vaxtının olmamasından şikayətlənən müğənni hər yerə qaçaqaçla getdiyi üçün imici ilə bağlı geniş müzakirə də apara bilməyib:

"Vallah heç kimdən soruşmamışam. Heç vaxtım da olmur ki, gedib kimdənsə nəsə soruşum. Qaçaqaçla o çəkiliş, bu tədbir. Birdə axşam evə gələndə uşaqlarım, atam, anam görür ki, dəyişiklik etmişəm. Vaxtım yoxdur, vallah. Deyim sizə ki, salonda oturub dəyişiklik edəndə belə onun zövqünü yaşaya bilmirəm. O halda belə beynim işləyir ki, burdan çıxıb hara gedəcəm, nə edəcəm. Vaxtım olmur. Nəyi necə edəcəm deyə fikirləşirəm. Çünki bütün yük üstümdədi".

Övladlarından ağız dolusu dalışan müğənni qızı Nərgizin də mahnı oxumaq istədiyini dilə gətirib:

"Deyir ana, olar sən paltarını dəyişənə kimi mən də çıxım bir iki mahnı oxuyum. Ölmüşəm gülməkdən. Deyirəm qızım yox. Sənlik deyil, belə elə. Qismətdir, amma istəmirəm. Qoy gedib başqa işlərlə məşğul olsunlar. Çinarə heç nə məni öldürür. Uşaq o qədər maraqlıdı, adam ondan əl çəkə bilmir. Uşaq belə təzadlarla, yenilklərlə doludu. Şəxsən mən ona baxıram və zövq alıram ki, o mənim övladımdı. Hər ikisi həyat doludu. Nərgiz bir az xanım xatındır. Amma Çinarə yox,  onunku odur ki, mən bunu etməliyəm edir də".

Lalə xanım yeni mövsümə əlidolu gəlib, yoxsa...?

"Mövsümə mən artıq yeni kliplə gəlmişəm. Bu yayı da Nail Naiboğluyla yeni bir mahnıydı. Yeni deyəndə əslində Allah rəhmət etsin İlamə xanımın ifasında "Bura yurdun cənubudu" mahnısını eşitmişdiniz. Bu mahnını da mən illər sonra belə bir riskə getdim".

Ölkənin cənub bölgəsinə səfər edən Lalə Məmmədova yeni klipini də elə burda rejissor Nail Naiboğluna çəkdirib.

"Çəkilişlər elə bizim cənub bölgəmizdə oldu. Çay sahəsində oldu. Hələ diqqətlə baxsaz, görərsiniz ki, Məhəmmədlə Züleyxanın deyişməsi çəkilən səhnəni də tapıb çəkdi Nail. Bütünlükdə Astara, Masallı, Lənkəran bu zonalarda çəkildi. Klipə baxandan sonra biləcəksiniz".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.