Şou-biznes

Damladan Mirəliyevə cavab - “Maskalanıb efirdə oturmuram…”

21 Sentyabr 2017 15:22
8 Şərh     Baxış: 6 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əli Mirəliyev illərin sənətçisidir. Ağsaqqal hesab etdiyim üçün ağzından çıxan kəlmələri qəbul edirəm. Yaşca böyük olduğu üçün iradını normal bir şey hesab etdim. 

Milli.Az bildirir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Damla deyib. İfaçı "Səhər-səhər" verilişində Əli Mirəliyevin canlı yayımda ona tutduğu irada münasibət bildirib:

"Fikir verdinizsə, proqram bitənə kimi ayağımı ayağımın üstünə aşırmadım. İradı normal qəbul edirəm. Aparıcılar mənə efirdə sataşmırlar. Sadə və səmimi olduğum üçün aparıcıya da eyni şəraiti yaradıram ki, mənlə səmimi danışsın. 

Çıxdığımız hər efir hay-küylü olur. Çünki efirdə özümüz oluruq, maskalanıb oturmuruq. Həyatda necəyəmsə, efirdə də eləyəm. Heç də bunlar mənə pis gəlmir. Efirdə özümü rahat hiss edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.