Şou-biznes

Afaq Aslan Azərbaycanı təmsil edəcək - "23 gözəldən biri də mənəm" - FOTO

21 Sentyabr 2017 12:47
10 Şərh     Baxış: 3 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Afaq Aslan daha bir yeniliyə imza atıb.

Belə ki, cazibədar müğənni yeni və olduqca məsuliyyətli bir təklif alıb.

Bu barədə Milli.Az-a açıqlama verən müğənni Ukraynada keçiriləcək gözəllik müsabiqəsinə qatılacağını bildirib:

"Hər il Ukraynada keçirilən gözəllik yarışması bu il də baş tutacaq. Onu da qeyd edim ki, bu yarışmada 23 ölkəni təmsil etmək üçün gözəl xanımlar dəvət olunur. Məhz Azərbaycanı təmsil etmək üçün də bu dəvət mənə gəldi.

Ölkəmizi bu cür dünya səviyyəli bir müsabiqədə təmsil edəcəyim üçün çox sevinirəm. Ən əsası da bu böyük məsuliyyətdir. İnşallah ki, hər şey çox yaxşı olacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.