Şou-biznes

"Ailə təklifləri var, qızımı köçürüm, daha sonra ..." - Əməkdar artistdən etiraflar - VİDEO - FOTO

20 Sentyabr 2017 17:03
9 Şərh     Baxış: 3 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Nahidə Orucova yeni imici ilə qatıldığı məclisdə hər kəsin diqqətini öz üzərinə çəkib.

Milli.Az ARB TV-yə istinadla bildirir ki, keçirdiyi xəstəlikdən şikayətlənən aktrisa bütün çətinlikləri geridə qoyduğunu etiraf edib:

"Mən illərlə mədə ağrısından çox böyük əziyyət çəkdim. Bu ağrı mənə çox böyük fəsadlar verirdi. Təzyiqim, şəkərim qalxırdı. Təsəvvür edin, biz İrana getmişik. İşçilərimiz İrandan ədviyyatlar alıb gəlir, mənsə bir çamadan dərmanla geri qayıdırdım. Çox əziyyət çəkirdim. O qədər bezmişdim ki. Dedim buna son qoymalıyam. Nəticədə, mədə əməliyyatı etdirdim".

Aktrisa onlardan nəyisə gizlətməyin mənasız olduğunu söyləyib:

"Mən bu gün sağlamamsa, kinolarımda, səhnədə hər kəs bunu görür. Mən həmişə göz önündəyəm. Hamı görür ki, indi heç bir fəsad yoxdur. Əksinə özümü çox sağlam hiss edirəm. O qədər yüngülləşmişəm. Qanadım yoxdur uçmağa".

Nahidə Orucova ona arıqlaması ilə bağlı ünvanlanan sualları belə cavablandırıb:

"Sosial şəbəkələrdə mənə yazıb sual verirlər ki, Nahidə xanım, necə gözəl arıqlamısınız. Hansı pəhrizdən istifadə etmisiniz, kiminlə işləyirsiniz? Vaxtilə dietoloq Leyla Zülfüqarovayla işləmişəm. Ancaq mənim vaxtım olmadığına görə sistemli pəhriz saxlaya bilmirdim. Mən hamıya deyirəm ki, əməliyyat olunmuşam".

Əməkdar artist hələlik sevgi barədə heç nə düşünmədiyini, ancaq qızını köçürdükdən sonra bu haqda fikirləşəcəyini söyləyib:

"Ailə təklifi var. Ancaq irəlidə mənim hələ qızım var. Mən əvvəl qızımı köçürməliyəm. 28 yaşımda qızım var. Əvvəl qızımı köçürüm, sonra özüm barədə düşünərəm. Həyatda hər şey ola bilər".

Aktrisa həyatda deyil, ancaq səhnədə oynadığını xüsusi vurğulayıb:

"Səhnədə oynayıram. Həyatda heç vaxt oynamıram. Çünki mən elə aktrisalardan deyiləm ki, həyatda oynayım. Həyatda necə varamsa, eləyəm. Ümumiyyətlə, səhnədə də çalışıram ki, özümü oynayım.

Nahidə xanım teatrdakı rollarından əlavə bədii film və serial təklifləri aldığını desə də, tam açıqlama verməyib:

"Hazırda, teatrda gözəl tamaşalar üzərində işləyirik. Kino və serial təkliflərim var. Əvvəl deyirdim. İndi düşünürəm ki, qabaqcadan demək mənə düşmür. Efirə çıxar camaat görər. Mən həmişə göz özündə olmuşam. Yeni nələrsə olarsa, tamaşaçıların xəbəri olacaq. Hamını teatra dəvət edirəm".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.