Şou-biznes

Qucağa tullanan Renka, əlli ilin Nanəsi, Elzanı çapmaq - HƏFTƏBECƏR

18 Sentyabr 2017 07:07
48 Şərh     Baxış: 6 616

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (140-cı say) təqdim edir.

Bilirəm, ilk sualınız bu olacaq ki, ötən həftə niyə yazı olmadı? Nə yalan deyim, Qulpqoyan dayını aparmışdım Batumiyə. Dedi, eşitmişəm oraların gəzməli yerləri var. Mən də ağsaqqalın sözündən keçə bilmədim. Qayıtmağımız da bir az yubandığına görə "Həftəbecər" olmadı. Hələ yaxşı ki kişinin özünü gətirib çıxara bildim. İki dəfə itirdim. Birində gedib Batuminin bulvarından, o birində isə acarların diskotekasından tapıb gətirmişəm. Keçəkmi mövzulara?

Şou-biznesdə təzə mövzu var. Əslində, çoxdanın söhbətidir. Amma aranjimanı yeniləyiblər. Rəqqasə Renka Ağamuradova ilə prodüser Təranə Səmədovanın münasibətləri düzəlmək bilmir. Təranə deyib ki, onu qucaqdan qucağa atılan vaxtından tanıyıram. Söhbətə bax ha. Bu yeni vaxtölçmə metodudur. Məsələn, soruşursan ki, filan müğənnini nə vaxtdan tanıyırsan? Cavab verir ki, onu sponsorun bağında gecələyən vaxtından tanıyıram. Yaxud filankəsi sponsoru arvadının döydüyü vaxtdan tanıyıram. Yeri gəlmişkən, maraqlıdır, Renka uzunluğa və hündürlüyə təxminən nə qədər tullana bilir?

Sosial şəbəkədə bir video gördüm. Deməli, Şəbnəm Tovuzlu hansısa məkandan övladıyla çıxır. Görür ki, kamera var. Kameranı görən kimi uşağını gizlətməyə çalışır. Operatorla müxbir də dirəşirlər ki, yox ey, çəkəcəyik. Axırda Şəbnəm deyir ki, bəs sizin əlinizdən çölə çıxmayaq? Yeri gəlmişkən, bəzi bölgələrdə "çölə çıxmaq" başqa məna verir. Ona görə videoya bir də baxdım ki, görüm Şəbnəm o sözü hansı mənada deyir. Bilməyənlər üçün deyim ki, bəzi bölgələrdə qəbizlikdən əziyyət çəkən adamlar haqqında deyirlər-filankəs çölə çıxa bilmir.

Samiraldo piylərini çıxartdırıb və fotosunu paylaşıb. Çıxarılan hər nədirsə, başqa şeydir, amma piy deyil. Samiraldoda piy nə gəzir?

Aparıcı Nanə özünə 100 minlik "Porşe" alıb. Sağlığına qismət. Bir nəfər də yazıb ki, görəsən ATV-də aparıcılar nə qədər maaş alır? Əşşi, nəyinə lazımdır axı?! Kanallarımızın elə əməkdaşları var ki, ayda bir "çeşka"nın pulunu qazanırlar. Əlli ilin Nanəsidir, deyirsiz bir "Porşe"si də olmasın. Qulpqoyan dayı deyir, pensiyamı yığım, mən də özümə ondan alacam.

Elza Seyidcahanın bədii yaradıcılığı tam sürətlə davam edir. Yeni şeirinin adı belədir: "Çapın məni". "Tikim sizin ağzınızı" şeirindən sonra tam yerinə düşən şeirdir. Aralarında məntiqi bağlılıq da var.

Səhərdən Qulpqoyan dayı soruşur ki, ASAN xidmətdə yaşımı necə azalda bilərəm? Bir gözü də kompüterdə xəbərləri oxuyur. İndi başa düşmüşəm nə məsələymiş. Aygün Kazımova deyib ki, məndən kiçik sevgilim olub. Ağsaqqal da beləcə əldən getdi.

Milli.Az

Şərh yaz:

48 Şərh:

  • Anonim
    Emerald · 18 Sentyabr 07:3450

    Salam...Hamiya uğurlu hefte....

    Cavab yaz
  • Anonim
    Esger · 18 Sentyabr 07:5150

    Webiwe yazilanlara cooox guldum en esasda elinizde "cole cixmayaq" a getirdiyiniz aydinliga Bu yazida neyi tutdum? Siz onun seviyyesin "cole cixmaq" qeder gorursunuz. Nece ki o ozude bu deyere laiqdir..

    Cavab yaz
  • Anonim
    ESİ:) · 18 Sentyabr 07:5440

    Sabahınız xeyir..Deyesen Batuminin havası size düşmeyib..Ya da qulpqoyan dayı yorub sizi..Nese sönüklük var yazınızda,iradlarınız ise..:((

    Cavab yaz
  • Anonim
    1988Jale · 18 Sentyabr 07:5940

    Salamlar her kese.Intiqam Qardaş darixdiq heftebecer üçün birde bele elemeyin.Calişin her bazar ertesi bizi hefte becersiz qoymayın.

    Cavab yaz
  • Anonim
    Blume · 18 Sentyabr 08:2620

    Super ) Qeleminize quvvet

    Cavab yaz
  • Anonim
    Əsranur · 18 Sentyabr 08:27102

    Ayy həftəbecər...Sən uje əcəbsandalısaneee,prosta xəbərin yoxdur.İntiqam bəy,şapka yaxşıdır,bir balığtutan,bir də irzin sapaşki olsaydı,paxıllığım tutardı sizə:))))Keçdik yazılara...Aləmin bəlkə məndən zəhləsi gedir,mənim o Tərişlə Renişdən.İkisi də elə yekə-yekə doğrayırlar,elə bilki mühüm bir iş-zad görürlər.Şəbnəmin uşağını gizlətməyini özü bilər,amma,təzə bir mod düşübee-uşağı gizlətmək..Ay bala,millətin uşağı yoxdur??Kimə lazımdır sizin uşaqlarınız??Nənəxanımın Porshesini də alanın Allah gözünə nur versin.Kimdirsə,nurdan-işıqdan qıtlığı var.Axtarsan görərsən ki,evdəkinə də ət maşını alıb-özü də dədə-babadan qalandan.Seyidcahan da "dərdindən" şeir yazır.Onun arzularını həyata keçirə bilən biri tapılsaydı,özünün canı,hamının da qulağı-gözü dincələrdi.Bu belə deyildi.Axır vaxtlar oldu.Ya əvvəllər onun da "qulp"qoyanı vardı,ya da qulpa ehtiyac yaşlandıqca yarandı.Hər nədirsə,Allah kimin nəyə ehtiyacı varsa yetirsin."Qulp"istəyənə qulp,ağıla ehtiyacı olana ağıl,ismətsizə ismət,sırtığa sifət yetirsin.

    Cavab yaz
    • Anonim
      asi · 18 Sentyabr 09:5662

      Mənim bu dəfəki Həftəbecərdən gözləntim başqa idi..Fikirləşirdim Intiqam bəy lap əvvəldə böyük hərflərlə 16 yaşlı qızı 26 yaşlı oğlana həsini alan və bunu yaxşı iş imiş kimi reklam edən Zaur Kamal haqqında 2-3 cümlə ilə qey

      Cavab yaz
    • Anonim
      asi · 18 Sentyabr 10:0063

      Ayda şərhim qaçdı, əlim dəydi)).Harda qalmışdım, həə Zaur Kamal haqqında yazmağında))..Gərək yazaydı ki, ayyyy Zauuuur, sabah nişanlı gəlib o qıza bir " xətər" yetirsə, qız da uzaq olsun hamilə qalsa, onda da şou arvadlarını başına toplayıb gedib o qıza yiyə çıxacaqsanmı??..Niyə imkan vermədin camaatın qızı 18 yaşına çatsın, bəlkə oxumaq istədi filan?? BU DA mənim gözləntim idi bu həftə, amma olmadı)..

      Cavab yaz
  • Anonim
    fs · 18 Sentyabr 08:4540

    Cole cixmaq meselesi meni menden aldi)))Ama Elza meselesini daha maraqli gozleyirdim

    Cavab yaz
  • Anonim
    asi · 18 Sentyabr 08:4741

    Salam..Qulpqoyan dayıya deyin ki, ağsaqqal sən pulu çoxalt, ondan sonra yaşı azaltmağa heç ehtiyacın olmayacaq))..Pul elə qüvvədir ki, məsələn Renkanı öz həm yaşıdının qucağından alıb Qulpqoyan dayının qucağına atar))....Maraqlı idi, sağ olun...

    Cavab yaz
  • Anonim
    orxideya · 18 Sentyabr 08:5834

    Çöle çixmaq ifadesi qerb dialektinde siz yazan menani verir.

    Cavab yaz
    • Anonim
      Əsranur · 18 Sentyabr 10:4194

      Orxideya xanım,o sözün mənasını burda hamı bilir.Mən sizin o cümlədə İntiqam bəyin bir qadına o sözü yaraşdırmasına etiraz edəcəyinizi düşünürdüm.Axı,yazılarınızda az qala qışqırırsınız ki,"Mən kübar xanımam"Deməkki iş əlcəklə,zontiklə,jestikulyasiya ilə və şərhlərində savadlılıqdan çox məlumatlı olduğunu bildirməklə olmur.Sizdən beklentim başqa idi.Üzr istəyirəm-mən də türk dili üzrə dilçiyəm deyə,arada türkcə sözlər yazanda nəzərə alın.

      Cavab yaz
      • Anonim
        orxideya · 18 Sentyabr 11:1807

        Metnde bezi bölgeler yazildiği üçün men dilçilik nöqteyi nezerinden qerb dialekti yazdim.Birde sizin iradinizi men normal qarşilayiram. İntellektli qadinlar her zaman elçatmaz olur ve daim müeyyen behanelerle tehqir olunur. Burda niki çoxlu nöqteler şeklinde bir user var idi. Her zaman şerhlerimin altinda neqativ reyler yazirdi. Keçen defe sehifelerin birinde heyat yoldaşindan xoş söz eşitmeyi öz heyatinda deyil, başqa qadinlarin heyatinda gördüyünü yazmişdi. Oxudum ve mene qarşi neqativ reylerini anladim ve artiq şerh yazmağa lüzum bilmedim.

        Cavab yaz
        • Anonim
          Əsranur · 18 Sentyabr 11:4093

          :))))))))Bəlkə o useri doğru anlamısınız,amma,məni yox.Mən sizi təhqir etmirəm.Sadəcə,sizdə özünə vurğunluq,mənəm-mənəm deməyiniz,inanınkı çoxunda qıcıq yaradır.Həyatda da beləsinizsə,inanmıramki çox sevilən biri olasınız.Çünki,sizdə qəribə bir soyuqluq və sərhəd var.Neçə dəfələrlə hansısa fikrinizlə əvvəl razılaşmışam,amma,axırda yenə də bəyəndiyim o şərhin sonunda bir zırıltı "MƏN"görmüşəm.Görürsünüzmü,elə bu şərhinizdə "imtellektli qadınlar"yazmısınız.Və özünüzü bu sıraya aid etmisiniz.İnandırım sizi ki,bu saytda tanıdığım qadınların hamısı çox savadlı xanımlardır.Amma,mən 2 il dost olduğum insanların birinin də burda özü haqqında yüksək fikirli şərhini görmədim.Hamımızın sevimlisi elmi işçi var burda.Mən o gün başqasından eşitmişəm onun nə üzrə alim olduğunu-baxmayaraq ki,həmin xanımla biz çooox yaxınıq.Sizin "savadınıza"paxıllıq etdiyimi əsla zənn etməyin.Mən çoxunu suya susuz aparıb,suyla heç selfi çəkdirməmiş gətirərəm.Sadəcə bilin ki,bura çoxu əhvalını yaxşılaşdırmaq üçün girir,dərs üçün yox

          Cavab yaz
          • Anonim
            asi · 18 Sentyabr 12:0521

            Oxumamış psixoloq kimi) Orxideya xanımın şərhlərini belə izah edərdim ki, elə bil ki, ailədən bir uşağı göndərirsən gedir başqa bir mühitdə təhsil alıb gəlir və digər bacı qardaşlarından üstünlüyünü nəzərə çaptirmaq üçün başlaylr getdiyi ölkədən öyrəndiyi terminlərdən istifadə etməyə..Bu zaman isə unutduğu bir şey olur ki, o da digər bacı qardaşları kimi eyni ata ananın övladıdı..

            Cavab yaz
            • Anonim
              orxideya · 18 Sentyabr 12:3524

              Ola biler ki, men psixologiya tehsili almamişam, nece ki, siz ümumiyyetle ali tehsil almamisiniz ve az-çox intellektiniz var.Bilirsiniz men ne zaman tehsilsiz psixoloq oldum. 4 ayliq övladimin problemini bilende özümü itirmedim, ağlamadim, sizlamadim, ciliz insanlarin ciliz fikirlerine ehemiyyet vermedim,uşağimla nece davranacağimi bilmek üçün psixologiyani daim oxudum, telimatlandim, tehsilsiz psixoloq oldum.Ezmkarliği öyrendim. Ne ise çox şey yazardim. Amma deymez.

            • Anonim
              ESi:) · 18 Sentyabr 12:5510

              Sizin adınıza üzüldüm bunu oxuyanda,güclü qadın olduğunuz şerhlerinizden bilinir..Ezmkar olduğunuza da şübhem yoxdu,bir ana övladı üçün her şey eder..Sizin timsalınızda diger şerhçini xatırladım..ÜMMÜ ADEM,yumşaq ve sade xanım,onun da övladı eyni şeyden eziyyet çekirdi..Meqsedimiz size neyise sübut etmek deyil,sadece kiçik bir iraddı:)

            • Anonim
              asi · 18 Sentyabr 12:5510

              Övladınıza şəfa diləyirəm..Heç kim sğorta olunmayıb problemlərdən, siz güclü olduqca problem nədirsə, o daha da zəifləyəcək..Mənim hər iki övladım problemli idi.Biri ürəkdə paroq ilə dünyaya gəlmişdi, digəri astma..Düzünü deyim ki, heç psixologiyada oxumadım, fikirləşdim ki, dərd varsa, deməli mücadilə lazımdı..Və bir neçə il sonra gördüm ki, zamanı elə yaddan çıxarmışam ki,onların nə vaxt tam sağlam olduqlarını bilməmişəm..Ürək problemi də təməlli gedib, öz özündən, əməliyyatsız, astma da xroniki olmadığı üçün böyüdükdən sonra keçib gedib...Təbii ki, valideyn kimi dəridən qabıqdan çıxdıq, bahalı həkimlər, müalicələr hər şey oldu..Ancaq mən yenə hiss etmədim ki, bunu mən bacardım, fikirləşdim ki, zaman keçdi, problemlər getdi..

            • Anonim
              Əsranur · 18 Sentyabr 13:0111

              Orxideya xanım,siz nə bilirsiniz ki,bizə həyat hansı üzünü göstərib və bizlər haralardan haralara nələr çəkərək gəlmişik?Sizin "savadlı"düşüncənizə görə cılız adamlar var.Mənsə adamları təbəqəyə bölmürəm.Diqqətlə bu yazınızı oxuyun və əslində əsl ürəyinizi görün.Qaldıki övlada-hamımızı içəridən parçalayan nəsə var və bu sayta da o nələrisə unutmaq,dostlarla zarafatlaşmaq üçün giririk.Və bu "nəsə"sizin guya User nikində tutduğunuz,qadının ərini qısqanclığı deyil.Mən o düşük xasiyyətin yiyəsi deyiləm.Şükür normal ailəm var,kişinin də saatbasaat hara getməyini güdmürəm-çünki,özümə indi heç vaxt olmayan kimi çox əminəm.Məncə,bir az eqonuzu kənara qoyun,bizlərə qoşulun,əminəm ki,yazılarınızda da:))))))))belə işarələr çoxalacaq.Çünki,bizlərə :)))))bunlar lazımdır,Almaniyadakı abidə,Amerikadakı qüllə yox..Sizə dostluq əlimizi uzadırıq-o əli tutub-tutmayacağınız isə sizin verəcəyiniz qərardır.Tutmasanız da olar,onsuz da bizim əllərimiz bir-birimizə artıq qandallanıb:)Hələlik..Bu müzakirə idi,müharibə yox

            • Anonim
              orxideya · 18 Sentyabr 14:4010

              Əsranur xanim, dostluq teklifinize göre teşekkürler. Hele ki, bu teklifi qebul etmeye ehtiyac hiss etmirem. Yene de sağ olun. Her kesin subyektiv iradlarini da normal qebul edirem ve hamiya da uğurlar arzu edirem. Men burda sadece meqalelere bir şerhçi kimi münasibet bildirirem.

            • Anonim
              Əsranur · 18 Sentyabr 15:0811

              Təşəkkür edirəm.Əslində qəbul edəcəyinizi də düşünmürdüm.Çünki,aradakı fərq çoxdur.Vurğuladığım kimi-YÜKSƏK EQO.Sizin kimi xanımlar vaxt tapanda güzgünün də önündə özlərinə tərif yağdırıb, elə əlcəkləriylə və zontikləriylə dostluq edirlər.Adicə,o biri səhifədəki şərhinizdə övladınızın problemi haqqında yazırsınız.Orda da o problemdən çox,özünüzün eqosunu vurğulayırsınız....Sizə uğurlar arzulayıram..Həəə,bir də qeyd edim ki,mənim naxışımdan,kimlə bir az müzakirəmiz fərqli olursa,sonra ona yazılan adsızı mən bilir.Siz də özünüzü aldatmayın.Mən zəhmətimə qiymət verən adamam.Bir yazını yazıramsa,adımı da qeyd edirəm.Hələlik.

        • Anonim
          ESİ:) · 18 Sentyabr 11:4232

          Özünüze kenardan baxa bilseydiniz belke çox şey görerdiniz,men de tebii qarşılayıram sizin terzinizi..Yeri gelende leksikonumuz çox genişdi,amma müeyyen sözlerin yerli yersiz istifade olunması intellektden çox xamlığa işaredir..Sizin mentiqinize gelende ise,burda en çox Esranur niki behanelerle tehqir ve tenqid olunur..Yene sizin mentiqle buranın eeen intellektli xanımı o olur,menim fikrimce:))

          Cavab yaz
          • Anonim
            orxideya · 18 Sentyabr 11:5502

            Dilçilik elminde stilistika bölümünde dialektologiya adli sahe var. Men yaziya yalniz dilçi kimi yanaşdim.Men kifayet qeder yerimi bilen insanam.

            Cavab yaz
            • Anonim
              kenardan seyr eden · 18 Sentyabr 12:0401

              pufff

            • Anonim
              ESİ:) · 18 Sentyabr 12:2110

              Orxideya,sizin ne ile bağlı şerh yazdığınızı anladığım qeder,Esranur nikli şerhçiye setiraltı ne demek istediyinizi de anlayıram..O size iradını bildirib,gördüyünü yazıb sizi bilib bilmeden kiminlese müqayise etmeyib..O ince xetti nezerinizde saxlayın her zaman..Sizden yüksek fikirler gözleyen birine qarşı yüksek fikirde olmaqdı intellekt..Bu arada size qarşı heç bir aqressiyam yoxdu,sadece iradımı bildirdim..İzlendiyinize ve şerhlerinizin bu qeder diqqet çekdiyine sevinin mence:)

            • Anonim
              orxideyaya · 18 Sentyabr 15:1213

              Dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Yerli -məhəlli danışığa dialekt və ya şivə deyilir. Bir çox şivələrimizdə elə qədim sözlər qorunub saxlanmışdır ki, vaxtilə ədəbi dilimizdə işlənmiş, lakin indi unudulmuşdur. Bu baxımdan dialektlər dilimizin tarixini, onun inkişaf mərhələrini öyrənmək üçün çox əhəmiyyətlidir. Ayrı-ayrı ərazilərdə işlənən yerli - məhəlli söz və ifadələrə dialektizm deyilir. O ifade ise daha çox ümumislekdir neinki dialekt.

      • Anonim
        asi · 18 Sentyabr 11:4601

        Bu gün nəsə gözləntilər özün doğrultmur)..Burada gəlin günahı ataq müəllifin üzərinə ki, fikirləşməyibki yazısını hər bölgədən oxuyan olar..Tutaq ki, bir bölgədə yaxşı məna vermirsə, mənim kimi Qarabağ zonasından olanlar,( konkret olaraq Cəbrayıldan), " çölə çıxmaq" ifadəsini elə çölə, küçəyə, sahəyə və.s mənasında işlədir...Buna diqqət yetirsə idi, dilimizin gözəlliyini olduğu kimi işlədərdi, zonadan asılı olmayaraq)...

        Cavab yaz
        • Anonim
          orxideya · 18 Sentyabr 12:0120

          Asi xanim, İntiqam bey bu ifadeni yazmaqla setiralti bir şeylere eyham vurdu.Bu eyhamlar onun yazi üslubunda peşekarliqdir.

          Cavab yaz
          • Anonim
            Əsranur · 18 Sentyabr 12:2230

            Mən onun nəyə eyham vurduğunu heç də peşəkarlıq hesab etmirəm.Bir qadına o sözü deməzlər.Heç kimə haqq verilmir kimisə o cür aşağılayıcı təhqir etməyə.Çünki,bu həyatla kimin necə baş çıxarmağı məlum deyil.Samiraldo kimi bədbaxtı o gün elə müdafiə edirdiniz ki,tutsaydım Samiraldonu,yıxıb yerə balağında namaz qılacaqdım.Bəs Şəbnəmi də bu günə qoyan həyat deyilmi?Deməkki haqqı danışmaq sizin o andakı əhvalınıza bağlıdır.Şəbnəmin qıjı ola-ola özünü star bilməsi məni də qıcıqlandırır.Amma,hər şeyin bir həddi var..Bu günkü eyham düzgün deyildi.

            Cavab yaz
            • Anonim
              ESi:) · 18 Sentyabr 12:4710

              Razıyam:)En azından setiraltı mizah anlayışı olan bir yazara yaraşdırmadım bunu:)

          • Anonim
            asi · 18 Sentyabr 12:4111

            Orxideya xanım, Intiqam bəyin yazılarını 110 saydan artıqdır ki, izləyirəm və dəfələrlə olub ki, işlətdiyi sözlərə görə irad tutulub..Mənim deməyim o idi ki, bir söz zonaya görə fərqli məna kəsb edirsə, bunu pis tərəfindən deyil, yaxşı tərəfindən qeyd etsin, dilimizi gözəlləşdirsin..Təbii ki, azərbaycanlı kimi tam olmasa da qismən bütün bölgələrin dialektini bilir, başa düşürük, bu o demək deyil ki, əsl kök mahiyyətini itirməldir..Bizdə də dialekt var, böyüdüyüm yerdə isə başqa bir dialekt var idi, buna baxmayaraq təmiz dilimizi çox gözəl mənimsədim .Yazar kimi müəllif bəyin də hər kimdən nə yazmasına baxmayaraq ümumi dildə mədəni şəkildə yazı tərzinin olması heç kimə ziyan verməz, xeyirdən savayı...

            Cavab yaz
            • Anonim
              orxideya · 18 Sentyabr 12:5204

              Dialektlerden yerinde bezen publisistik ve bedii üslubda eserin ve ya yazinin tesirliliyini artirmaq üçün istifade olunur. Bezi köşe yazarlari bu üsuldan istifade edir. Bunun yaxşi ve ya pis olmaği ayrica bir mövzudur.

    • Anonim
      ) · 18 Sentyabr 10:4300

      )))))

      Cavab yaz
      • Anonim
        orxideya · 18 Sentyabr 11:4500

        Ve hemin nöqteler şeklinde olan user artiq özüne gülüş şeklinde olan nik seçib.

        Cavab yaz
        • Anonim
          ) · 18 Sentyabr 11:5140

          Yanılırsınız yene,sadelik gözel xüsusiyyetdir))))

          Cavab yaz
          • Anonim
            ........ · 18 Sentyabr 22:1610

            Deyesen menim ücün darixib orxideya xanim) men size hardasa bir ya iki defe yazdim.Ilk irad bildiren oldum.Amma xetrinize deymesin sözünü de unutmamişdim yazmagi.Cünki könül qirmaq mene yaddir.Burdaki xanimlarla da salameleykim var.Birde er haqqinda yazan men olmamişam.Her nöqteli yazani men bilmeyin) size axirinci şerhimdi.ugurlar.

            Cavab yaz
  • Anonim
    Müəllimə · 18 Sentyabr 09:0620

    Çox gözəl yazmısız.ƏLA.

    Cavab yaz
  • Anonim
    Sara saraa · 18 Sentyabr 09:1120

    Hemişe gezmeylerde ay qulpqoyan dayı.men de MilliAz.ın altını üstüne getirmişdim ki qulpqoyan dayı niye yoxdu.sen deme kişi dincelmeye gedib.bu sefer meşhurlaşmaq ve ya yada düşmek üçün soyunmaqlarına qiymet qoyan meşhurlardan danışmadız.axı indi deb olub"çoxlu pul verseler soyunaram"mesajları

    Cavab yaz
  • Anonim
    men · 18 Sentyabr 09:1820

    hormetli muellif Webmemin doquldiqu bolgede "cole cixmir" kelani siz deyan menada iwlenen sozdur.

    Cavab yaz
  • Anonim
    Ayaz · 18 Sentyabr 09:2420

    Eladı

    Cavab yaz
  • Anonim
    melek b · 18 Sentyabr 09:3250

    elleriniz var olsun maraqli yazidir.

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 18 Sentyabr 09:3620

    Pis deyil

    Cavab yaz
  • Anonim
    Cayxor · 18 Sentyabr 09:5240

    Yaziya gore tewekkur.Intiqam bey bize de maraqli odu ki elli ilin nanesinde ne etir qalib ne dad tam.quruyub.buna bele bahali mawin duwmur axi.onda gerek Qulpqoyan dayi wexsi teyyarede geze.

    Cavab yaz
  • Anonim
    Anonim · 18 Sentyabr 11:0300

    Bu dəfəki yazılar əla tşk

    Cavab yaz
    • Anonim
      sevda · 18 Sentyabr 12:1900

      ay qulpqoyan görəsən ElzaSeyidcahan həquqətən elə şeirlər yazır,yoxsa yazığın şeirlərini dəyişdirirlər?!? Nə isə mən hələ xə inanmıram ki,o bu cür səy-səy şeirlər yaza.Ən azından onun oğlu,qızı,kürəkəni ona "yazma"deməlidirlər.

      Cavab yaz
  • Anonim
    Gul · 18 Sentyabr 12:0300

    Ela idi, o setirlerin altinda cox sey yatir xususende Elza ,Samiraldo ve Sebnem haqqinda yazilanlarda.Elbettde ki basa dusenler ucun.

    Cavab yaz
  • Anonim
    Sevil ***** · 18 Sentyabr 13:0432

    İntiqam bəy ,sizə rəngarənd mövzular arzusu ilə uğurlar ....orxideya , yazında iki məqam diqqətimi cəlb etdi ..1ci Stiliskanın dialektoligiya ilə əlaqəsi ..Stilistika dilin bədii ifadə vasitələrini öyrənir .Üslub məsələrini ..Bir də bayıra çıxmaq ifadəsi niyə dialekt sözdü ki ??Özü də qərb dialektində ..maraqlıdı ..

    Cavab yaz
  • Anonim
    ss · 18 Sentyabr 15:3220

    Gərək Şəbi çagırdıgı o saxta operatorun kamerasına çölə çıxardı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.