Şou-biznes

Azərbaycanlı aktyor: "Toy üçün bütün aldıqlarımız oğurlanıb"

9 Sentyabr 2017 10:26
4 Şərh     Baxış: 4 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyoru Elnur Kərimovun qardaşının evinə oğrular girib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor sosial şəbəkədə yazıb. O bildirib ki, evdəki bütün pullar və qızıllar oğurlanıb:

"Bu gün qardaşım oğlunun qız toyu idi. Gəlib gördük ki, pəncərəni sındıraraq evə girib bütün pul və qızılları oğurlayıblar. Sentyabrın 18-də keçiriləcək toy üçün bütün aldıqlarımız oğurlanıb".

Elnur Kərimov bildirib ki, qardaşının toyu üçün saxladıqları 2000 manat pul və külli miqdarda qızıl-zinət əşyaları aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.