Şou-biznes

"Ərimdən boşanma xəbərim şou idi" - Mətanət ailəsindən danışdı

22 Avqust 2017 13:55
41 Şərh     Baxış: 11 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ATV-nin tanınmış siması Mətanət Əliverdiyevanın azxeber.com-a müsahibəsini təqdim edirik:

- Efirdə həm aktrisa, həm də aparıcı kimi çıxış edirsiniz. Yorğunluq hiss olunurmu?

- Mən heç vaxt yorulmuram. Gecə-gündüz işləsəm də, yorulmaq bilmirəm. Çünki mən sevdiyim işi görürəm. Əslində, mən evdə oturanda yoruluram. Məzuniyyətdə olsam da, özümə məşğuliyyət tapıram.

- Bəs bu il məzuniyyət zamanı nə etdiniz?

- Bədii filmə çəkildim. O da komediya janrındadır. Hazırda da çəkilişlər davam edir.

- Filmdə hansı obrazı canlandırmısınız?

- Filmdə Fərda ilə oynamışam. Çox maraqlı obraz canlandırmışam. Hadisələr Fərdanın qurduğu bir şirkətin ətrafında baş verir. Fərda "Tənha qadın" agentliyi açır və orada nələr-nələr baş verir. Mən də bütün xanımlar kimi onun fırıldağının qurbanı oluram. Daha sonra isə elə mən Fərdanı ifşa edirəm.

- Real həyatda necə, sizə yalan danışan insanı ifşa edərdiniz?

- İnsanların gözünün içinə baxan kimi onların nə etmək istədiklərini anlayıram. Onun gözünə baxan kimi bilirəm ki, o, nə yuvanın quşudur.

- Şəhərə çıxanda insanların sizə münasibəti necə olur?

- İnsanların sevgisi məni yaşadır. Məni tanıyan insanlar bilir ki, mən nə qədər sadəyəm. Uşaqla uşaq, böyüklə böyük kimi davranıram. Hətta uşaqlarla qaçdı-tutdu da oynayaram. Qadınlar mənə deyir ki, serialda qızlarınla, ərinlə davranışını biz də evdə edirik. Şəhərdə insanlarla bir araya gələndə kimi efirdəki kimi mehriban olduğumu deyirlər. Mən də deyirəm ki, mənim bir üzüm var, iki üzüm yoxdur.

- Qadın olmağın sizin üçün çətinlikləri nələrdir?

- Ailədə elə şeylər olur ki, qadın onu gizlətməlidir. Qadın ailədə aparıcı qüvvədir. Bütün prosesləri qızışdıra, soyuda da bilər. Ona görə ana olmaq çətindir.

- Bir az da şəxsi həyatınızdan danışaq. Qız anası olmaq istərdiniz?

- İki oğul övladım var. Biri böyükdür - 26 yaşın içindədir. O birisi isə hələ balacadır, 3-cü sinifdə oxuyur. İki oğlan övladından sonra qız anası olmaq istərdim. O da ki qismət. Bilirsiz, qız anası olmaq böyük bir məsuliyyətdir.

- Bir ara mətbuatda həyat yoldaşınızdan ayrılmağınızla bağlı xəbərlər yayılmışdı. Yenidən ailə həyatı qurmaq istəyərdiniz?

- Mənim ailəmə nə gəlib ki? O da bir şou idi. Hər bir şeydə şou axtarmaq lazımdır (gülür).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.