Şou-biznes

"Bacanaqlar"ın Sevdası əməliyyat olundu - FOTO

22 Avqust 2017 13:49
47 Şərh     Baxış: 7 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Fatma Mahmudovanın aktrisa qızı Nigar əməliyyat olunub.

Milli.Az bildirir ki, F.Mahmudova axşam.az-a açıqlamasında bildirib ki, övladının əməliyyat masasına yatmasına səbəb nəfəs almaqda çətinlik çəkməsi olub:

"Qızım bir dəfə burnundan əməliyyat etdirib. Uğursuz alınmışdı. Ona görə də yenidən əməliyyat etdirdi. Məqsədi plastik əməliyyat deyildi. Gördüyünüz kimi burnunun forması çox dəyişməyib. Sadəcə, nəfəs almasındakı problem aradan qaldırılıb".

F.Mahmudova yeni mövsümdən yenə də "Eks bacanaqlar" serislı ilə efirə gələcəklərini söyləyib:

"Qızım da, mən də bu serialda olacağıq. Çox olmasa da, başqa ekran işlərindən təkliflər alırıq. Amma istəmirik, bizim çörək yerimiz buradır. Həm də bir aktyorun bir neçə serialda rol almasına yaxşı baxmıram. Birində oyna, yaxşı obraz yarat. Hərdən səhvlərimiz olur, mənim də başıma gəlib. Hansısa filmə çəkilmişəm, amma sonra peşman olmuşam. Ona görə də təklif gələndə ciddi fikirləşmək lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.