Şou-biznes

Elməddin aktyorları bir araya yığıb qonaqlıq verdi - FOTO

22 Avqust 2017 11:33
0 Şərh     Baxış: 2 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Elməddin Cəfərov ATV-də yayımlanan və pörodüseri olduğu serialların yeni mövsüm açılışı ilə əlaqədar parti keçirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, artıq bir neçə ildir ki, Elməddin avqustda bu qonaqlığı təşkil edir.

Ənənəsinə sadiq qalan aktyor mərasimə "Qız atası", "Eks bacanaqlar" və "Qardaşlar" seriallarındakı aktyor və işçi heyətini dəvət edib.

E.Cəfərov yeni mövsümdə ekran işlərinin daha maraqlı bölümlərinin efirə gedəcəyindən danışıb:

"Eks bacanaqlar"ın doqquzuncu, "Qız atası"nın dördüncü, "Qardaşlar" serialının isə üçüncü mövsümünə başlayırıq. Bu illər ərzində serialı çəkmək o qədər də asan başa gəlmədi, çox çətinliklərlə qarşılaşdıq. Bir də görürsən heyətdə dəyişikliklər olur. Bəzən elə olub ki, çəkiliş etmişik, amma səs düşməyib. Hətta bir bölümün tamamilə silindiyi də başımıza gəlib".

E.Cəfərov bildirib ki, başqa janrlarda ekran işi tamaşaçılar tərəfindən qəbul olunmur:

"Tamaşaçı bizdən ancaq komediya tələb edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.