Şou-biznes

Faytonçu Nazimin həkimi: "Bunu ona əvvəlcədən demişdik"

20 Avqust 2017 12:19
12 Şərh     Baxış: 19 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi dünən ölüm xəbəri yayılan müğənni Nazim Pişyari (Faytonçu) bu hala düşməsində "ElMed" klinikasını və onu əməliyyat edən həkim Elman Əzimovu günahlandırıb.

Məsələ ilə bağlı müğənnini əməliyyat edən həkimlə əlaqə saxladıq. Milli.Az xəbər verir ki, qaynarinfo-ya Elman Əzimovun adından açıqlama verən köməkçisi bu əməliyyatda xəstəxananın və həkimin heç bir günahının olmadığını dedi:

"Belə xəstələrdə 4-5 dəfə əməliyyat riskləri olur. Biz bunu Nazim Pişyariyə əvvəlcədən demişdik. Birinci əməliyyatı Bakıda, ikinci əməliyyatı da Türkiyədə olub. Bizdə olan məlumatlara görə hazırda vəziyyəti stabildir".

Qeyd edək ki, müğənni dünən unikal.org saytına verdiyi müsahibəsində əməliyyatın uğursuz keçdiyini və sonradan fəsadlar yarandığını, bu səbəbdən də şəfa tapmaq üçün digər ölkələrə getmək məcburiyyətində qaldığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.