Şou-biznes

Könül Xasıyevaya qarşı dələduzluq - 70 min manatını alıblar

19 Avqust 2017 18:21
2 Şərh     Baxış: 4 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb:

"Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq".

Könül Xasıyevanın "Qafqazinfo"ya verdiyi məlumata görə, Xatirə Hacıyeva ona ev almaqda yardımçı olacağını bildirib:

"Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Maşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Hələ də pulumu ala bilmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.