Şou-biznes

Şahin Zəkizadənin xanımı: "Uşağımı qəbul edən biri olsa, ərə getməyi düşünərəm" - FOTO

18 Avqust 2017 12:10
127 Şərh     Baxış: 11 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Övladımı qəbul edən biri qarşıma çıxsa, ərə getməyi düşünərəm.

Milli.Az xəbər verir ki, bu sözləri big.az-a açıqlamasında xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə söyləyib. O bildirib ki, bu haqda mərhum həyat yoldaşı ilə də bir neçə dəfə söhbətləşibmiş:

"Şahindən sonra ailə həyatı qurmağı fikirləşmirdim. Ancaq qismətdir, nə vaxtsa övladımı qəbul edən biri qarşıma çıxsa, ərə getməyi düşünərəm. Şahin həmişə məndən soruşardı ki, nə zamansa ölsəm, yenidən ərə gedərsənmi? O, çox qısqanc idi, zarafatca "Rahat öl, səndən sonra həyatımda heç kim olmayacaq" deyərdim, o isə susardı"

S.Zəkizadə maddi vəziyyəti barədə də danışıb. O bildirib ki, heç bir yerdən gəliri yoxdur:

"Şahindən sonra ailəmi özüm saxlayıram. Nə dost, nə tanışdan bu barədə köməklik görməmişəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.