Şou-biznes

Elariz Məmmədoğlu: "Barmen işləyirdim, pul buraxıb məni müğənniliyə çəkdilər" - FOTO

18 Avqust 2017 22:31
12 Şərh     Baxış: 3 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni Elariz Məmmədoğlu seriala çəkilir. Məşhur bu haqda Milli.Az-a danışıb:

"ARB telekanalında "Toydan sonra nağara" adlı komediya serilında çəkilirəm. Serialı istedadlı aktyorumuz Elşad Zarafatsız çəkir. Mən serialda Vova adlı barmen rolunu canlandırıram. Vova barmen olmaqla yanaşı həm də gözəl səsi var. Serialda şərait yaranır ki, mən səs imkanlarımı da göstərim.

Hətta məni sənətdə qabağa çəkmək üçün pul da buraxırlar. Vova çox maraqlı və dəyişkən bir obrazdır. Çəkilişlər çox rahat və ürəyimizcə gedir, gözəl bir kollektivlə çalışıram. Artıq iyul ayının 31-dən etibarən serial həftə içi 5 gün ARB kanalında yayımlanır. Başqa bir serialdan da dəvət gəlmişdi, amma vaxtım olmadığı üçün imtina etdim".

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.