Şou-biznes

Aparıcı Günay saxta dostlarınıifşa etdi: “Pul gəlmiş, papaq getmiş”

17 Avqust 2017 22:17
6 Şərh     Baxış: 3 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aparıcı Günay Firudinqızı dostlarının saxta olmağından şikayətlənib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə fikirlərini instaqram hesabında dilə gətirib:
"Siz elə bilirsiniz ki, səhnədəkilər aktrisadır? Bəzi insanların yanında qətiyyən. Bəzən elə hadisələrin şahidi olursan ki, qəhrəmana baxıb "əhsən" deyirsən. "Sənin yerin səhnəlik imiş" demək keçir könlündən. Susursan, yaşından utanırsan, "ayıbdır" deyib, özünü boğursan. Qarşındakı isə səni tamaşaçı bilib rolunu daha da məharətlə canlandırır. Kimlərəsə xoş görünmək üçün başqasını baltalayırlar. Guya, səninlə arası yoxmuş kimi şou sərgiləyirlər. Onda da təəccüblənirsən: Allahım, uzun illərdir burnumdan girib ağzımdan çıxan bu deyildimi? İndi nə oldu? Demək ki, cibi dolub, mənəviyyatı boşalıb. Pul gəlmiş, papaq getmiş. Paxıllıq gəlmiş, sevgi itmiş... Eləsini görəndə onu sakitcə "qara siyahıya" atmaq lazımdır. Həyatında izi-tozu da qalmasın".
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.