Şou-biznes

Zaur: "Sənə görə içimdə çox "kaşlar" var"

17 Avqust 2017 15:36
20 Şərh     Baxış: 5 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Zaur Baxşəliyev illər əvvəl dünyasını dəyişən atasını xatırlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı onun fotosunu İnstaqram səhifəsində paylaşaraq, ürək sözlərini bölüşüb:

"Mənim nur üzlü, şah atam... Nəslin ağsaqqalı, hamının əlini çörəyə çatdıran dəyərli insan, şəxsiyyət. Atam, bu gün də sənin çörəyini yeyənlər, yolunu, işini davam etdirənlər var. Həyatda öyrətmək gözəl şeydir.

Bir insan həyatında bir dəfə də olsun övladlarının üstünə səsini qaldırmazmı? Heç vaxt ondan belə şeylər görmədik. Bəlkə də sizlərə bu qəribə gələr... Bir uşağımız var, gündə bəlkə yüz dəfə əsəb keçiririk. Amma ağlım kəsəndən və kəsməyəndən hələ bir dəfə onun qaşının çatıldığını görmədim. Allah sənə rəhmət eləsin, ata!

Sazı ifa edəndə həmişə gəlib göz önümdə durur. Mənə sazı, sözü, elmi öyrədən atam. "Kaş" deməkdən heç xoşum gəlmir. Amma yeganə insansan ki, sənə görə içimdə çox "kaşlar" var. Hər halda sən məni başa düşdün, bu, bəs edər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.