Şou-biznes

Səidə əsəbiləşdi: "Bəsdirin də, bambılılar..."

17 Avqust 2017 13:49
23 Şərh     Baxış: 3 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İndiki zamanda bəzi insanları elə bil İnstaqram əkib, doğub... Bəziləri "like" toplamaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Başlayırlar ki, "Bu nədi? Məni niyə izləmirsən, "like" etmirsən?" Bəsdirin də, bambılılar, düşüklər...".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Səidə Sultan deyib.

Sənətçi sosial şəbəkəyə görə ondan inciyən tanışlarını tənqid edib:

"Hələ bir adamdan küsürlər, inciyirlər... İzləmirəm, əcəb edirəm, bəyənmirəm əcəb edirəm. Şəxsən mən məni izləməyənə, bəyənməyənə əhəmiyyət vermirəm. Gözüm aydın, mən də onu izləmərəm. Ona görə həmin adama deməliyəm ki, bu nə deməkdir? Ya da sırtıq kimi, yapışmalıyam ki, məni bəyən? İnsanların yarı faizi tanınmaq, ulduz olmaq istəyirlər. Vallah, biz yalan olmuşuq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.