Şou-biznes

Nurlana bütün peşmançılıqlarını YADA SALDI VƏ...

16 Avqust 2017 19:07
3 Şərh     Baxış: 2 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aparıcı Nurlana Cəfərova hesab edir ki, tənhalıq qadın üçün İlahidən göndərilən imtahandır.

Milli.Az xəbər verir ki, publika.az-ın "Üç nöqtə" layihəsinin növbəti qonağı olan aparıcı bildirib ki, yaxşı gündə də, pis gündə də gülümək şərtdir. Çünki hər şey müvəqqətidir.

- İndiki ağlım olsaydı...
- Pul yığmağı öyrənərdim.

- Zəmanət verə bilərəm ki...
- Sabah yenə gün çıxacaq.

- Dünyanı dəyişmək imkanım olsaydı...
- Müharibələri durdurardım.

- Kişilərə o qadınlar xəyanət etmir ki...
- Onların şərəfləri var.

- Kişilər o qadınlara xəyanət etmir ki...
- Hansılarını ki, həqiqətən sevirlər.

- Seviləsi qadın olmağın ilkin şərti...
- Səmimiyyətdir.

- Qadınlar yaşını ona görə gizlədir ki...
- Özləri bəzən xatırlamır.

- Qadına qarşı şiddət...
- Bağışlanmazdır.

- Vicdanıma and olsun ki...
- Heç kimə pislik arzu etmirəm.

- Mən təəssüf edirəm ki...
- Kitabımı yazıb bitirmək üçün vaxt tapa bilmirəm.

- Vanqa nənə ilə görüşsəydim...
- Ondan müsahibə alardım.

- Tənhalıq insan üçün lənətdir, yoxsa ki...
- İmtahan.

- Ən böyük səhvim o olub ki...
- Çox inanmışam.

- Kiminsə yalan danışdığını hiss edəndə...
- Daha ona etibar etmirəm.

- Riyakarlıqla üzləşəndə...
- Artıq təəccüblənmirəm.

- Tanrı insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Biriləri başqalarına kömək edib, bərabərliyi özləri yaratsınlar.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Bir az qorxuram.

- Günahlarım yadıma düşəndə...
- Hamı kimi mən də Tanrıdan bağışlanmağımı istəyirəm.

- İlahi ədalətə inancımı o zaman itirdim ki...
- Deyəcək şəxsi səbəbim yoxdur.

- Yaxşı gündə, pis gündə...
- Gülümsəyin! Hər şey müvəqqətidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.