Şou-biznes

Milanın ölümü, İftixar Piriyevin "vikipedia"sı, Almazın sevgisi - HƏFTƏBECƏR

14 Avqust 2017 07:14
18 Şərh     Baxış: 7 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (136-cı say) təqdim edir.

Söhbətimizə çox da xoş olmayan xəbərdən başlamaq istəyirəm. Yəqin neçə gündür siz də saytlardan oxuyursunuz ki, gənc aktrisa Mila Əminə vəfat edib. Bir az keçir, oxuyursunuz ki, vəfat etməyib, sağdır. On dəqiqə sonra qarşınıza ayrı bir xəbər çıxır ki, halı xarab olub.

Və bu açıqlamaları kim verir? Milanın yaxınları, rəfiqələri, dostları. Niyə? Bax bu, ən maraqlı sualdır. Milanın 28 yaşı var və bu yaşda həyata vida etmək, təbii ki, ikiqat acıdır. Amma bundan da acı olan yayılan, bəlkə də qəsdən ortaya atılan söz-söhbətlərdi. Əgər sağdırsa, Allah şəfa versin. Yox, vəfat edibsə, Allah rəhmət eləsin. Amma bu, sadəcə, reklam və piar üçündürsə, ağlınıza gələn və gəlməyən bütün nalayiq ifadələrə layiqdir həmin xəbəri yayanlar.

Hər il bir teatrımızda "bomba" partlayır. Bu il də, deyəsən, İrəvan Dövlət Azərbaycan Dram Teatrı "müharibəni" üzərinə götürüb. Üstüörtülü danışmaqdan keçib. Kollektiv direktor İftixar Piriyevdən narazıdır. Bir neçəsiylə şəxsən özüm danışmışam. Elə İftixar müəllimlə də telefon söhbətimiz oldu. Nə desə yaxşıdı? Deyir ki, mənim şəxsiyyətim və sənətim haqda "google" və "vikipedia"da hər şey yazılıb, açıb oxuyun. Əvvəlcə elə bildim zarafat edir. Sonra gördüm ki, tam ciddidir. Görünür, İftixar müəllim hələ başa düşə bilməyib ki, adıçəkilən həmin şəbəkələrdəki məlumatları yerləşdirmək çox asandır. Məsələn, mən özüm haqda "vikipedia" aça, orada özümü dünya şöhrətli jurnalist, pedaqoq, müəllim, ustad kimi təqdim edə bilərəm. Yeri gəlmişkən, müəllimin "vikipedia"sına sizin də baxmağınız məsləhətdir.

Daha bir sənətçi sosial şəbəkədə izləyicilərini təhqir edib. Bu dəfə Vasif Məhərrəmli istirahət mərkəzlərindən birində çəkilən fotosunu paylaşıb. İzləyici də onun şortdakı fotosunu bəyənmədiyini yazıb. Bu da Vasifin cavabı:

"Bu milləti başa düşmək olmur da... Mənim əzizlərim, sizdən acizanə xahiş edirəm, kim məni bəyənmirsə, izləməsin. Ay bala, sənə maraqlı deyiləm, rədd ol. İzləmə də məni. Burada nə var ki..."

Fikir vermisinizsə, adətən sənətçilər "bizi xalq dolandırır" kimi fikirlər səsləndirirlər. Sizcə, xalqdan dolanan sənətçi xalqın nümayəndəsinə belə davrana bilərmi? Cavablarınızı şərh bölümündə oxuyacağam.

Müğənni Almaz Ələsgərli deyib ki, nədənsə mənə sevgi mövzusunda çox suallar verilir. Mən səbəbi deyə bilərəm. Almaz xanım xeyli vaxtdır ki, ortalığa doğru-düzgün bir iş çıxartmır. Ya qızlarının fotolarıyla gündəmə gəlir, ya da bu kimi mövzularla. Başqa hansı mövzudan sual versinlər? Kənd təsərrüfatı, südçülük, ətçilik haqda soruşmaq da heç insafdan olmaz axı. Ümid qalır sevgiyə də.

Siz Allah xahiş edirəm Rəqsanədən yazdığıma görə məni qınamayın. Elə indicə gördüm ki, onun oteldə bir gecəsinin videosu paylaşılıb. Başlıq nətəhər xoşuma gəldisə, girdim oxudum. Amma hayıf ki, axıra qədər çəkməmişdilər. Qulpqoyan dayının da arzusu ürəyində qaldı. Elə mənim də...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.