Şou-biznes

Tanınmış müğənni həyat yoldaşına sevgisini belə etiraf etdi - AUDİO - FOTO

19 Avqust 2017 16:31
Baxış: 3 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni Samir Piriyev həyat yoldaşı Anara Piriyevaya ithaf yeni mahnı oxuyub.

Mahnını rus dilində oxuyan Piriyev öz sevgisini həyat yoldaşına etiraf edib. Şəxsi Instagram səhifəsində yeni mahnısından bir parça paylaşan Samir Piriyev bunları qeyd edib:

"Sevdiklərimizin dəyərini zamanında verməliyik. Hər an, səbəbsiz yerə sevdiyimiz insanları xoş təəccübləndirmək, sevindirmək ve xoşbəxt etmək üçün çox şey lazım deyil əslində. Mən sevdiyim xanımıma, həyatımın yoldaşına bu yeni ifamı ithaf etdim, çox sevindi və çox bəyəndi. Siz də yeni ifamı öz sevdiklərinizə hədiyyə edin. Ürəkdən ürəyə gedən ən gözəl yollardan biridi musiqi. Bu gözəl mahnının seçimində dostum, qardaşım, işinin peşəkarı, prodüser Anar Mədətova təşəkkür edirəm".

Qeyd edək ki, Samir Piriyev musiqinin sözlərini həyat yoldaşı üçün xüsusi olaraq yazdırıb. Mahnının sözləri isə Faiq Erola aiddir. Yeni "Son" yəni "Yuxu" adlı mahnını eksklyüziv olaraq təqdim edirik. Onu da qeyd edək ki, Samir Piriyevin bundan əvvəl "Yuxu" adlı Azərbaycan dilində oxuduğu mahnı da var. Bu mahnı çox məşhurdu və müğənninin vizit kartına çevrilib. Piriyev ümid edir ki, "Son" adlı mahnı da ona uğur gətirər.

Lalə
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tanınmış müğənni həyat yoldaşına sevgisini belə etiraf etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.