Şou-biznes

Fəxrəddin Manafovun 62 yaşı, Damlanın "beh atmağı", Rəqsanənin çəhrayı bikinisi - HƏFTƏBECƏR

7 Avqust 2017 09:15
22 Şərh     Baxış: 5 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (135-ci say) təqdim edir.

Son vaxtlar yazdığınız şərhlərə münasibət bildirmirəm. Ona görə yox ki maraqsızdır. Sadəcə, bir neçə həftə yazılanları oxuyub nəticə çıxarmağa çalışdım və belə bir qənaətə gəldim. Əksər şərhlər "əvvəlki kimi cəsarətli yazmırsız", "əvvəlki kimi gülməli deyil" xarakteri daşıyır. Əslində, yetərincə haqlısız. Amma haqlı olmağınızı doğuran səbəblər var. Məsələn, şou adamları özlərini xüsusən son zamanlar elə gülünc vəziyyətə qoyublar ki, onlar haqda gülməli nəsə yazmağa gərək qalmır. Elə bu səbəbdən də cəsarətli yazmaq da tələb olunmur. Mən vəziyyəti təsvir edirəm. Təsvir etdiklərim isə həm gülməlidir, həm də yetərincə cəsarət tələb edir. İndi də keçək mövzulara...

Atalar deyib ki, damla-damla göl olar. Hələ imkan tapıb "beh" alıb toya da gəlməz. Hə, indi də keçək söhbətin izahına. Müğənnin Damla (Məsumə Əliyeva) Masallı rayon sakini Elbrus Nurullayevin toyuna gedəcəyinə söz verib, hətta prodüseri toy sahibindən 600 manat da "beh" alıb və sonrası da məlum. 

Qiymət diqqətinizi çəkmədi ki? Beh üçün 600 manat. Adətən nəsə alanda öncədən sövdələşmə mənasında ödəniləcək məbləğin 5-10 faizi verilir. Yəni, Damlanın toya getdiyi qiymət təxminən 6-8 min manatdır. İndi gəlin görək, sənətçi bu məbləğə toya getmək qarşılığında hər ay nə qədər vergi ödəyir? Təbii ki, qəpik-quruş. Yeri gəlmişkən, sənətçinin Mehri adlı prodüseri deyib, ola bilər ki, kimsə müğənninin adından istifadə edib. Məclis sahibi də müğənninin prodüseri ilə "whatsapp" yazışmasını da redaksiyaya təqdim edib.

Buna el arasında üzrxahlığı günahından betər deyirlər. Yəni, açıqlama verib, səhvi etiraf etmək əvəzinə "adımızdan istifadə ediblər" demək ağ yalandır. Yalanla başqa bir xoşagəlməz əməlin də ömrü qırx gün çəkir. Elbrus Nurullayev də sağ olsun, heç qırx günü də gözləmədən, işin üstünü açıb.

Müğənni Rəqsanə çox utancaq qızdır. Hətta o qədər utancaqdır ki, çəhrayı bikinidə fotosunu paylaşıb və "utancaqlıq" işarəsi qoyub. Qulpqoyan dayı deyir ki, a bala, müğənni olanda nə olar, abır-həya başqa şeydi. Elə mən də bu qənaətdəyəm ki, adam gərək soyunanda da abır-həyayla soyunsun. Məsələn, Rəqsanə kimi. 
 
Xalq artisti Fəxrəddin Manafov 62 yaşını qeyd edib. Təsəvvür edin ki, sənətkarla görüşə minlərlə insan axın edib. Bu, bir daha sübut edir ki, sənət və sənətkarlıq olan yerdə yaşın 62, yaxud 82 olmağı əhəmiyyət kəsb etmir.

Deyirəm, ölmədik aparıcı Nanənin də bikinisini gördük. Daha nə mənə, də də sizə zaval yoxdur. Amma Rəqsanənin çəhrayı bikinisinə çatmaz.

P.S. Başlıqda Fəxrəddin Manafovla Damla və Rəqsanənin adını yanaşı yazdığım üçün sənətkardan və pərəstişkarlarından üzr istəyirəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.