Şou-biznes

Aygün Kazımova ilə modelyer arasında qalmaqal: "Haqqımı halal etmirəm" - FOTO

28 İyul 2017 16:36
3 Şərh     Baxış: 5 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Modelyer-dizayner Şəlalə Maqsudova İnstagram səhifəsində şokla üzləşib.

Xalq artisti, pop diva Aygün Kazımova və başqa bir dizayner şəxsi İnstagram səhifəsində Şəlalə Maqsudovanın İlqarə Kazımovaya 9 ay əvvəl tikdiyi paltarı geyinib fotosessiya edib. Əsas məsələ isə bu paltarın dizayneri olaraq Şəlalə Maqsudovanın deyil Türkiyədə və Azərbaycanda yetərincə tanınan  azərbaycanlı dizayner Rüfət İsmayılın adının qeyd edilməsidir. Modelyer Şəlalə Maqsudovanın tikdiyi paltarı Rufət İsmayılın adına çıxması işə Səlalə xanımı şoka salıb. Modelyerin Milli.Az-a bu haqda  açıqlamasını təqdim edirik:

"Mən Aygün Kazımovanın səhifəsini izləmirəm. Sadəcə Aygün xanımın qızına 9 ay əvvəl tikdiyim paltarı şəxsi səhifəmdə paylaşmışam. Mənə dedilər ki, Aygün xanım mənim tikdiyim geyimdə fotosessiya edib və şəkilin altına başqa dizaynerin adını qeyd edib. Həmin dizayner də öz səhifəsində bunu paylaşıb. Və mənə ultimatum göndərirlər ki, bu paltarın şəklini öz İnstagram səhifəmdən silim. Niyə? Öz əlimlə tikdiyim paltarı öz səhifəmdə paylaşmayım ki? Aygün Kazımovanın oxuduğu mahnını başqası öz ağzını tərpədib oxusa və desə ki, mən özüm oxumuşam, Aygün xanıma necə təsir edər? Bax o cür də mənə təsir edir. Haqqıma girənlərə isə haqqımı heç halal etmirəm. Belə hadisələr ilk dəfə deyil başıma gəlir. Dəfələrlə "ulduzlarımızdan" belə hadisələr görmüşəm. Sadəcə ayıb olsun!"

Lalə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.