Şou-biznes

“Vicdan haqqı”nın aktyoruna protez qoyulub

27 İyul 2017 21:51
20 Şərh     Baxış: 4 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İyulun 7-də cərrahiyyə əməliyyatım oldu. Bu gün əməliyyatımdan 20 gün ötür. 10 gün xəstəxanada qaldım. Hazırda Gəncədəyəm və müalicəm davam edir".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov deyib. Onun çanaq oynağının yuxarı, (baş) hissəsi dəyişdirilərək, süni protezlə əvəz olunub.
 
İlham Hüseynov əməliyyatdan sonra bərpa prosesi keçdiyini deyir: "Xəstəxanadan çıxandan sonra bir-iki gün Bakıda qaldım. Sonra Gəncəyə gəldim. Hazırda xüsusi əsa ilə gəzirəm. Ağrılarım azalıb. Amma ayağımı çox tərpədə bilmirəm. Çünki ayağım "donuq" vəziyyətdədir. Yəni ayağımı çox hiss etmirəm. Həkimlər bir müddət belə olacağını mənə demişdilər. İki ay əsa ilə gəzəcəm. Əslində yaxşıyam. Sadəcə, hərəkət məhdudiyyətinin olması adamı narahat edir. Amma dostlarımın sayəsində darıxmıram. Avtomobillə gəzirəm. Gəncə Teatrına gedirəm. Tanışlarla görüşüb, söhbət edirəm. İnşallah, avqustun sonuna qədər Gəncədə qalacam. Məni görmək üçün Rusiyada yaşayan qardaşım da Gəncəyə gəlib. Allah qoysa,  sentyabrın əvvəlində Bakıya qayıdacam".
 
Qeyd edək ki,  İlham Hüseynov uzun illər ortroz xəstəliyindən əziyyət çəkib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.