Şou-biznes

Nişanlısından Alişanın sözlərinə cavab: "Məni alçaltmaz"

27 İyul 2017 13:34
6 Şərh     Baxış: 2 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Alişanın "Çox gözəl və seksual qadınla evlənməzdim" sözlərinə nişanlısı Eda Eroldan cavab gəlib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Eda nişanlısının birmənalı qarşılanmayan açqılamalarından sonra aralarında heç bir soyuqluğun yaranmadığını deyib:
 
"Alişan təmizürəklidir. Onları zarafatla deyir, amma tərsi başa düşülür. Bu sözlər qətiyyən aramızı vurmadı. Biz çox əyləndik, güldük. İnsanların bunu ciddiyə alması bizi təəccübləndirdi. Alişanı məndən yaxşı tanıyırlar, bunun zarafat olduğunu başa düşməli idilər".
 
Erol sevgilisninin "xanımım başmaqlarımı ayağıma gətirəcək" sözləri ilə bağlı bunları söyləyib: 

"Əlbəttə, apararam. Bacımın yoldaşının da başmaqlarını ayağına aparıram. Evimizdə çoxlu qulluqçu olsa da, hamıdan "nəsə içirsiniz?" deyə soruşuram. Bunlar məni alçaltmaz. Böyüklərimdən belə görmüşəm. Bizdə "saçımı süpürgə edərəm" ifadəsi var. Guya heç kim anasına, atasına, ərinə bunları eləmir? Mən də sevə-sevə edərəm. Çünki Alişanın daxilini bilirəm".
 
Eda özünü gözəl qadın hesab etmədiyini bildirib:
 
"Gözəllik fərqli başa düşülə bilər. Mən özümü çox da gözəl hesab etmirəm. Amma xoşagələnəm. Mənə "ədalı, nazlı" deyirlər. Gözəllik insanlara görə dəyişkən anlayışdır". 

Alişanın nişanlısı sosial şəbəkədə yayılmış plastik əməliyyatsız fotolarıyla bağlı da danışıb: 

"Heç bir əməliyyat etdirməmişəm. Sadəcə olaraq, həmin şəkillər gənc yaşlarımda çəkilib". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.