Şou-biznes

Bir vaxtlar küsülü idilər... - FOTOlar

26 İyul 2017 11:25
4 Şərh     Baxış: 2 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir vaxtlar küsülü olan xalq artisti Flora Kərimova və aparıcı Sərxan Kərəmoğlu fotokameramıza tuş gəliblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, açılış mərasimlərindən birinə qatılan sənətçilər qucaqlaşıb görüşüblər. Onlar hətta birlikdə rəqs də ediblər. S.Kərəmoğlu küsülü olmadıqlarını bildirib.

Mərasimdə diqqət çəkən məqamlardan biri də Sərxanla prodüser Tarix Əliyevin (Tolik) bir araya gəlməsi və qucaqlaşıb görüşməsi olub.

Qeyd edək ki, Toliklə Sərxan arasındakı inciklik "Maşın" şou zamanı başlamışdı. Tolikin aktrisa Pərvin Abıyeva ilə S.Kərəmoğlunun ünvanına tənqidlər səsləndirən videosu yayılmışdı.

Sərxanla F.Kərimova isə illər əvvəl verilişlərin birində dalaşmışdı. Daha sonra Sərxan F.Kərimova və qızını tənqid etmiş, qarşı tərəf isə onu məhkəməyə vermişdi.

Flora və Sərxan bir neçə il əvvəl barışıb. F.Kərimova hətta S.Kərəmoğlunun ANS-də yayımlanan "Bir gün" verilişinə qonaq olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.