Şou-biznes

Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir?

25 İyul 2017 23:07
6 Şərh     Baxış: 2 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou-biznes nümayəndələri bu dəfə getdikləri istirahətdən və xərclədikləri pullardan danışıb.

Milli.Az "Qaynarinfo"ya istinadən bildirir ki, məşhurlarımız "Lider maqazin"in "Harada istirahəti sevirsiniz? Dincəlməyə ən çox nə qədər pul xərcləmisiniz" suallarına belə cavab veriblər:

Nail Naiboğlu: "Azərbaycandan kənarda dincəlməyi sevirəm. Çinə getmək istəyərdim. Ötən qış ailəmlə istirahətə getmişdim və 10 minə qədər pul xərclədim".

Emil Bədəlov: "Türkiyədə istirahəti sevirəm. Elə olub ki, istirahətə 12 min manat xərcləmişəm. Onda subay idim. Bir yerdən gəlirim oldu, gedib dincəldim".

Nazim Məmmədov: "Türkiyədə dincəlirəm. 5 min manat civarında pul xərcləmişəm".

Niyam Salalmi: "İspaniyada olmaq istəyərdim. Bir istirahətə 5 mindən yuxarı xərcim çıxıb".

Niyaməddin Musayev: "Azərbaycanda istirahəti sevirəm. Ən çox 500 manat xərcləmişəm".

Aslan Hüseynov: "Türkiyədə istirahət xoşlayıram. 10, 20 min xərclədiyim olub".

Nailə Mirməmmədli: "Alanyada dincəlməyi xoşlayıram. 6 minə qədər xərclədiyim olub".

Ayaz Qasımov: "İstəyirəm avqustda Barselonaya gedim. 10-15 minə qədər istirahətə pul xərcləmişəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.