Şou-biznes

"Kənan kimi həyat yoldaşı barmaqla göstəriləsi qədərdir"

24 İyul 2017 17:20
15 Şərh     Baxış: 3 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Aygün Mahmudova səhnəyə qayıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "Xəzər maqazin"ə açıqlamasında hər gün efirə çıxan həmkarlarına da söz atıb: 

"Artıq sənət göstərməyin vaxtıdır. 3 uşaq anasıyam. Həm sənət, həm ailə bir az çətindir. Qızım körpə idi. İndi şükür ki, 2 yaşına az qalıb və mən işlərimə başlamışam. Heç vaxt şou-biznesdə baş verən qalmaqallara baş qoşmaram. İstəyərəm ki, tamaşaçı hər dəfə məni görəndə həsrətlə "Aygün" deyib sevinsin. Daha deməsin ki, "hansı kanalı açırıq Aygündür, bezmişik daha". Şəxsən məni bezdirən, gözümü yoran o qədər müğənnilər var. Onları yerlərində otuzdurmaq lazımdır, görsünlər ki, artıq sənət nümayiş etdirməyin zamanıdır". 

Aygün qalmqallardan uzaq dura bilməyən rejissor həyat yoldaşı Kənan M.M.-dən də danışıb: 

"Kənan evdə elə biri deyil. O, ata kimi, həyat yoldaşı kimi o qədər gözəl insandır. Mən and içə bilərəm ki, Azərbaycanda belə ailələr çox azdır. Onun kimi həyat yoldaşı barmaqla göstəriləsi qədərdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.