Şou-biznes

"Alınmırsa, boşanmaq lazımdır" - Emil

23 İyul 2017 14:54
11 Şərh     Baxış: 5 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Emil Bədəlov həmkarlarının boşanma xəbərlərindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xəzər maqazin"ə açıqlamasında ayrılıq xəbəri ilə gündəmə gələn həmkarlarını qınayıb:

"Boşandıqdan sonra bunu çıxıb efirdə danışmaq düz deyil. Axı o xanım sənin qeyrətin olub. Boşanmısansa, yenə də qeyrətindir. Hər bir adamın başına boşanma hadisəsi gələ bilər. Alınmırsa, boşanmaq lazımdır.

Efirdə demək ki, ərim zülm etdi, xəyanət etdi düz deyil".

Emil planlı şəkildə ailə quranları da tənqid edib:

"Yalançı evlilik edən özünü aldadır. Bəziləri planlı şəkildə evlənir ki, atasının pulu var, filankəsin qızıdır. Planla ailə qurmaq ən böyük ağılsızlıqdır.

6 ildir evliyəm. Sevgi var, əsas doğmalaşmaqdır. Elə bilirəm ki, yoldaşımla bir doğulub böyümüşəm".
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.