Şou-biznes

"Dəhşətli gecə yaşadıq" - İradə İbrahimova

21 İyul 2017 11:25
101 Şərh     Baxış: 11 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan müğənni İradə İbrahimova da Bodrumda baş verən zəlzələdən yazıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yay istirahəti üçün Bodruma yollanan sənətçi hadisə zamanı orada olduğunu bildirib.

Səhər girdiyi marketdəki dağınıq ərzaqların fotosunu paylaşan İradə bildirib ki, zəlzələ onlara dəhşətli anlar yaşadıb:

"Hər şey bir anda oldu. Ən çox uşaqlar üçün narahat idik. Oğlum yatmışdı. Ceyhunla uşaqları necə götürüb çıxdığımı xatırlamıram. Gecəni evin bağçasında keçirtdik. Çox şükür ki, salamatıq. Bizə görə narahat olan hər kəsə minnətdarıq".

Qeyd edək ki, türkiyəli iş adamı Ceyhun İzərlə ailəli olan İ.İbrahimovanın Bodrumda evi var. ifaçı hər il yayda istirahət üçün ora köçür. Ceyhun və İradə cütlüyünün iki övladı var. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.