Şou-biznes

Elza Seyidcahan şəxsi həyatı haqda: "İstəməyərəkdən həyatım belə gətirdi" - FOTO

20 İyul 2017 17:26
10 Şərh     Baxış: 3 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan şəxsi həyatı haqqında danışıb.

Milli.Az-a açıqlama verən ekstravaqant müğənni ikinci dəfə ailə həyatı qurmamağının səbəblərini də oxucularla bölüşüb.

"Yəqin ki, özümə layiq insan tapmadığım üçün ikinci dəfə ailə həyatı qurmadım. Bəlkə də gözüm qorxub. Çünki imam sifəti ilə gəlirlər, sonradan hər şey başqa cür olur. Hal-hazırda bu haqda düşünmürəm. Çünki övladlarım, nəvəm var. Buna görə heç vaxt həyatımda boşluq hiss etməmişəm. Heç kim istəməzdi ki, ailəsi dağılsın. İstəməyərəkdən həyatım belə gətirdi. Mən desəm ki, heç bir zaman ailə həyatı qurmayacağam, bu, həyatımın sonu ola bilər. Bəlkə də nə vaxtsa olacaq", - deyə əməkdar artist bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.