Şou-biznes

Kənan bu statusu yazdı, sonra sildi

20 İyul 2017 14:50
22 Şərh     Baxış: 11 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər Allah bir işin olmasına izn verirsə, heç bir bəndə ona mane ola bilməz. "Gecə qonağı 2" filmini çəkənə qədər nələr yaşadım, bir mən, bir yanımda olanlar, bir də Allahım bilir. Amma bu işi sizlər, Azərbaycan üçün çəkdim".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri rejissor Kənan M.M. deyib.

Rejissor "Gecə qonağı 2" filminin təqdimat tarixini açıqlayıb. O bildirib ki, ekran işi çox maraqlı alınıb:

"Bir ara məni az qala "vətən düşməni" elan etsinlər. Allahıma sığındım, təslim olmadım. Film daha keyfiyyətli olsun deyə, dəfələrlə uzaqlara, İstanbula getdim. Dostum Teoman Topçu bu işdə mənə çox kömək oldu. Sonda film hazırdır. Həyəcanım sonsuzdur. 

Bu, həyatımın filmi ola bilər. Allahımın mənə verdiyi bütün istedadımdan istifadə etdim. Sizlərə təqdim etmək üçün çox həyəcanlı və rahatam. 1 oktyabrda təqdim ediləcək. Film maraqlı yox, çox maraqlı olacaq. Sağ göstərib, sol vuracam. Bu film mesajlarla doludur. Sizi sevirəm, adını bilmədiklərim, məni mən edənlər, yaxşı ki varımsınız".

Kənan daha sonra yazdığı statusunu silib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.