Şou-biznes

Azərbaycanlı aktrisa: "Bu uydurma məni hövsələdən çıxardı"

17 İyul 2017 14:19
0 Şərh     Baxış: 1 652

Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova haqqında yayılan şayiələrdən danışıb.

Milli.Az bildirir ki, yeniçag.az-a açıqlama verən aktrisa həmkarlarının onun barəsində yaydığı bir şayiədən hətta şoka düşdüyünü də bildirib:

"Mənim avtomobilim yoxdur. Bu yaxınlarda bir nəfər mənə dedi ki, özünə bahalı avtomobil almısan, amma bizdən gizlədirsən. Məəttəl qaldım ki, nə avtomobil? Sən demə, aktyorlardan biri sənət dostuma deyib ki, Günel özünə bahalı maşın alıb, amma iş yoldaşlarından gizlədir. Guya mən hər gün o maşını teatrdan bir qədər kənarda yerləşən avtoparkda saxlayıram ki, heç kim bunu görməsin. Sözün düzü, xəbərdən şoka düşdüm, həm də əsəbiləşdim. Bu sözü başqaları danışsaydı, bəlkə də fikir verməzdim, amma öz həmkarımın belə yalan uydurması məni hövsələdən çıxartdı".

Aktrisa insanların həmişə arxada danışdıqlarını və buna görə də çox vaxt həmin şayiələrin ona gəlib çatmadığını da dedi:

"Məndə bir xasiyyət var, heç vaxt imkan vermərəm ki, yanımda kimsə kiminsə haqqında dedi-qodu etsin, ya da barəmdə danışılanları mənə desinlər. Bunu yaxın dostlarım da bilir. Ona görə də haqqımda yayılan şayiələr çox vaxt özümə gəlib çatmır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.