Şou-biznes

"Dianaya qarşı pis fikirdə olmamışam" - Nigar dediklərini inkar etdi

15 İyul 2017 22:57
7 Şərh     Baxış: 1 329

"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal müsabiqədə ölkəmizi bu il təmsil edən Diana Hacıyeva haqda "gedib klublarda oxusun" sözlərinə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni qalmaqal niyyətində olmadığını və sadəcə fikrini ifadə etdiyini deyib:

"Məndən onun çıxışı haqda soruşdular, mən də öz fikrimi izah elədim. Dedim ki, mahnıları, səsi xoşuma gəlir, amma müsabiqədəki çıxışından daha çox şey gözləyirdim. Bir söz soruşub, bütün müsahibəni "kaşa"ya çevirirlər. Bazarı onu etmək arzusunda olanların arasında axtarın...

Mən heç vaxt Diana əleyhinə pis mənada düşünməmişəm və hər zaman demişəm ki, onun çox gözəl səsi var. Harada oxumağa gəlincə, bu, onun şəxsi seçimidir! "Avroviziyada" ölkəni təmsil edən hər bir iştirakçının özündən əvvəlkilərdən fərqli və özünəməxsus xüsusiyyəti olur. Amma yox, nəyisə qurdalamaq və düşmənçilik yaratmaq lazımdır ki, xəbər yaymaq mümkün olsun axı!".

Xatırladaq ki, Nigar Camal "ATV Magazin 10lar"la verilişinə açıqlamasında Diana Hacıyeva haqda bunları demişdi:
 
"Diana ilə bağlı bircə şey deyə bilərəm ki, onun stilini bizdə qəbul etməyəcəklər. Ən yaxşısı o, gedib klublarda oxusun".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

7 Şərh:

  • Anonim
    madness · 15 İyul 23:0210

    Altı Qara ineyin Nece Dene Ayaqı Var?

    Cavab yaz
    • Anonim
      Senan 13 · 15 İyul 23:4180

      Altı qara ineyin 4 ayağı var amma 6 qara ineyin 24 .

      Cavab yaz
    • Anonim
      Asia · 16 İyul 22:3310

      Siz de sual tapmadiz da vermeye?

      Cavab yaz
  • Anonim
    L · 16 İyul 15:1821

    Bes O hansi heyvandir tek buynuzlu tek gozlu ?

    Cavab yaz
  • Anonim
    azeri · 16 İyul 22:3400

    BU NEDI BURA BAZARDIIII

    Cavab yaz
  • Anonim
    Fidan · 17 İyul 14:1300

    Salam senan bey

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.