Şou-biznes

Azərbaycanlı müğənninin həbsxanadakı əri azadlığa buraxıldı

15 İyul 2017 21:16
18 Şərh     Baxış: 14 832

Müğənni Zenfira İbrahimovanın idmançı əri Anar Heydərov azadlığa buraxılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  ifaçının həyat yoldaşı bu gün həbsdən azad edilib. Azadlığa çıxan Anar həbs edilməsinə görə onu qınayanların cavabını belə verib:
 
"Mənim bu həyatda başıma çox işlər gəlib. Heç də pis olmadım. Qanun hər birimiz üçün keçərlidir. Mən də Azərbaycanın bir oğluyam və elədiyim səhvə görə cəzamı çəkdim. Sosial şəbəkələrdə haqqımda çox rəy yazanlar oldu. Gördüm ki, həbs edilməyim çoxlarının ürəyindən olub. Sadəcə deyirəm ki, Allahınız bilsin. Allah hər sevdiyi bəndəsini sınağa çəkər və gözünü açar. Siz məni sevməsəniz də olar".
 
Xatırladaq ki, A.Heydərov iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikleti ilə Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla" işarəsi verməsinə məhəl qoymayaraq, hərəkəti davam etdirib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər.
 
Onun sürücülük vəsiqəsində motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə qərarı ilə A.Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

18 Şərh:

  • Anonim
    ika.e · 15 İyul 21:2876

    Allah her kesin baglı qapısını açsın..İnşaAllah etdiyi hereketden bir netice çıxarmış olar

    Cavab yaz
  • Anonim
    1987 · 15 İyul 21:3163

    denen sene lazim idi saxla diyirler saxlada

    Cavab yaz
  • Anonim
    İ L · 15 İyul 22:0783

    Zenfira gözün aydin sevgilin gəlib çixdi Allah heç bir ayləni bawsız qoymasın

    Cavab yaz
  • Anonim
    irina · 15 İyul 22:2253

    Allah komayi olsun amin

    Cavab yaz
  • Anonim
    BOSS · 15 İyul 22:5174

    Zemfira göylə gedirdi yaxşı olur beləsinə.əri də bunun hesabına yaşayır da

    Cavab yaz
  • Anonim
    madness · 15 İyul 22:55152

    Pomidor mədədə oturub. Birdən mədəyə yeni nəsə tökülür. O sorusur: - Sən kimsən? -Mən arağam. -Səni kimin şərəfinə içdilər? -Əhmədağanın! Bir azdan yenə mədəyə araq təşrif buyurur. Pomidor yenə soruşur: -Adə, yenə sən? -Hə, nolubki? -Zəhrimar olub. Yenə səni kimin şərəfinə içdilər? -Əhmədağanın! Pomidor bu dəfə dözmür: -Əşi, çıxım görüm kimdi ki bu hörmətli Əhmədağa?!

    Cavab yaz
  • Anonim
    madness · 15 İyul 22:56102

    Teatrın qarderobunda paltolarını alarkən arvad kişiyə hirslə: -A kişi başın xarab olub, heç qarderobcuya da 2 manat verərlər?! Kişi sakitce; -Ay arvad, dinmə görək bax gör o mənə nə cür şuba verib.

    Cavab yaz
  • Anonim
    madness · 15 İyul 22:59133

    Bir kəndçinin evinin qapısını yolunu azmış bir İspan döyür. Ev yiyəsi soruşur: -Kimdir? - Jose de Santana de Monte Cristo de Santa Cruzo - Vallah evimiz 1 otaqdır e

    Cavab yaz
  • Anonim
    madness · 15 İyul 23:0162

    Bir gun bir deli zeng edir polise ve deyir : -bu kucede 1 olu var. Polis sorusur: -hansi kucedi o? deli cavab verir: -Sasasasasa Deye bilmir telefonu sondurur.2 defe yene bele zeng edir.3-cu defe polis yene sorusur. -hansi kucedi o ? deli cavab verir -***** kucesi Polis deyir: -Bes bayaqdan niye demirdin? -O kucenin adini deye bilmedim meyidi suruyub getirdim bu birisi kuceye.:)

    Cavab yaz
    • Anonim
      ........ · 15 İyul 23:3152

      Bura ne dexli var?

      Cavab yaz
      • Anonim
        madness · 15 İyul 23:4532

        i dont know,im just wrote))

        Cavab yaz
    • Anonim
      Mabnesse · 16 İyul 10:2310

      Seher seher uzumu guldurdunuz.Allah sizi guldursun.

      Cavab yaz
  • Anonim
    Insan · 16 İyul 08:5320

    Yaxsi ciixdi daha canimiz qurtardu bunlardan

    Cavab yaz
  • Anonim
    Zek · 16 İyul 10:1420

    Ele bil kritida yatib.Sutkaliqda olub da.orada da yemeyivi yetib dincelirsen.

    Cavab yaz
  • Anonim
    vor dadas · 16 İyul 10:4002

    anar san bizim qardasimizsan

    Cavab yaz
  • Anonim
    Anonim · 16 İyul 11:2940

    Bu Zenfiranı mən tanımadım. Belə 1 müğənni tanımıram.

    Cavab yaz
  • Anonim
    ast · 16 İyul 16:5910

    ad gunuve kibariyen cagirib ozuvu reklam etmeydense evinde oturub erivi duwunseydin kewkw ama nerdeeeee

    Cavab yaz
  • Anonim
    Fht · 16 İyul 22:4800

    Alllah komeyi olsun..hetta dushmenimede ora dushmeyi arzu etmirem.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.