Şou-biznes

Namiqin keçmişi, xəyanətə 1500, Rəqsanənin bikinisi, Ağamirzənin qəbri - HƏFTƏBECƏR

17 İyul 2017 09:15
22 Şərh     Baxış: 13 116

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (132-ci say) təqdim edir.

Vaxt var idi Namiq Qaraçuxurlunu az qala dünya ulduzu kimi təqdim edirdilər. İnsafən Kreml sarayına qədər də gedib çıxmışdı. Yaşıl rəng çalarları olan kostyumda həmin sarayda mahnı oxuduğu da yadımdadır. Aygün də səhnəyə çooox yekə bir paltarda çıxmışdı. Hardasa 15-20 santimetr olardı. Bu o dönəm idi ki, Qaraçuxurlu klassik meyxana deyənlərlə salam-kəlamı da kəsmişdi. Daha doğrusu, onlar Namiqi özlərindən uzaqlaşdırmışdılar. Yadımdadır, bir dəfə efirdə jurnalist soruşdu ki, işlərinizə kim sponsorluq edir? Namiq də əvvəlcə yüngülvari gülümsədi və ardınca kinayə dolu nəzərlərlə müxbiri süzərək əlavə etdi: "Özümüz camaata sponsorluq edirik".

Elə bu məqamda yanımdakı bakılı dostum dedi ki, alə, biz bunuynan "Vasmoy"da göyərti satmışıq. O vaxt pis oğlan dögüldü".

Nəysə, vaxt keçdi, vədə yetişdi. Axır ki, Namiqdən doğru-dürüst bir etiraf eşitdik: "Bazarda işləyirdim, çörək puluna ehtiyacım var idi".

Düşünə bilərsiniz ki, məgər göyərti satmaq ayıbdır? Əlbəttə yox. Əksinə, alın təriylə qazanılan hər nə varsa, hər kəsin halal xoşu olsun. İntəhası, insan bəzən ən azı on il gerini düşünməli, nə işlə məşğul olduğunu yadından çıxartmamalıdır. Bu mənada Qaraçuxurlunun sözügedən açıqlaması sənət adamları üçün nümunə sayıla bilər.

Aparıcı Afaq Gəncəli qadın-kişi münasibətlərindən danışıb, xəyanəti pisləyib. Düz də edib. Çünki qadağan olunmuş hər şey insan üçün nə qədər cazibədar görünsə də, qısa müddət sonra onun nə dərəcədə yanlış addım olduğunu anlayırsan.

Amma şəxsən mən bu aləmdə xeyli aparıcı, aktrisa, model tanıyıram ki, qaz vurub qazan doldururlar. A kişi, hər adamın işi deyil e, çıxışına 1000-1500 manat qazansın. Heç Bill Qeytsin şirkətinin gecə növbəsində işləyənlər o qədər qazanmır. Sözümün mustafası odur ki, xəyanət pis şeydir. Xüsusən də bu xəyanət gecəyə 1500 manat qazandırırsa.

Bakı sakini Məhəmməd Ağaməmmədov müğənni Rəqsanəni məhkəməyə verməyə hazırlaşır. Xəbəri Qulqpoyan dayı gətirib. Deyir, bankomatdan pensiyamı çıxardanda tanış olmuşam Məhəmməd kişiylə. Deyir, nəvəsi hazırda ciddi həkim nəzarətindədir. Bəs niyə soruşmursuz ki, Rəqsanə hara, bu təqaüdçü kişi hara? Hadisə belə olub. Deməli, bu kişinin nəvəsi telefonla internetə giribmiş. Anası da o tərəfdən deyir ki, ay bala, tətildi, get kitablarını oxu. Uşaq da heç kimi saymır. Bir dəfə də xəbərdarlıq edirlər, uşaq yenə dillənmir. Gəlib görürlər ki, uşağın dili qatlanıb. Telefona baxırlar ki, əsas səhifədə Rəqsanənin bikinili fotosu. Sən demə, uşaq fotonu görən kimi ürəyi gedib. Amma bilmirəm, bikinili fotoya baxıb ürəyi getməyə görə hansı maddə nəzərdə tutulur.

Hə, bunu deməsəm, "Həftəbecər" olmaz ki. Deməli, Rəqsanə bildirib ki, Allah hamıya mənim ərim kimi kişi qismət eləsin. Qulpqoyan dayı da dirənib ki, bir sual ver. Sual da belədir ki, söhbət Rəqsanənin neçənci ərindən gedir? Di rahatlaş, Qulpqoyan dayı, soruşdum.

Meyxanaçı Ağamirzə özünə qəbir qazdırıb. Deyir ki, bura mənim üçün evimdən, hər şeyimdən üstündür. Təsəvvür edirsinizmi, insan sağlığında özünə qəbir qazdırır. Xəbəri şərh etmədən soruşum. Kim bu addımı atar? Öz adıma cavab verim ki, çox ağır və verilməyəcək qərardır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

22 Şərh:

  • Anonim
    Efqan · 17 İyul 09:3933

    Uwaq reqsanenin bikini fotosundan xoşu gelibse , niye gore ureyi gedib axi ? Urek getme her şeyden ola biler . Kinkonq meselesi kimi )

    Cavab yaz
    • Anonim
      ika.e · 17 İyul 10:5724

      Salam necesiz?

      Cavab yaz
      • Anonim
        Efqan · 17 İyul 13:3202

        Çox sag ol sen necesen ? 11 : 02 deki şerhinle tamamile raziyam eledi .)

        Cavab yaz
      • Anonim
        ika.e · 17 İyul 14:0413

        Men de yaxşıyam .teşekkür edirem)

        Cavab yaz
  • Anonim
    $$$Yeraz · 17 İyul 09:4800

    Qeleminize quvver. Ama evvelkiler kimi maraqli alinmir

    Cavab yaz
  • Anonim
    cinare · 17 İyul 09:5410

    Her kese salam.Insan dunenini unutmamalidir.dunenini unudan sabahini yawaya bilmezki.mene ele gelir indi pulu gorub"harinniyanlarin"coxu kecmisde cox sade kasib aile olub.buda utanilacag hal deyilki.ac ol kiwi ol))hec reqsaneni werh etmeye deymez.anasi gezen agaci qizi indi budaq-budaq gezir.xeyanet!tebiiki hec qebulolunmaz haldi.o haram pulu alib nece "nuw" ede bilirler.Qebirede gelende ise men oz adima atmaram bele bir addim.qismetimizde ne varsa yawayacayig.Allah bizlere werefli olmeyi nesib etsin.

    Cavab yaz
  • Anonim
    Azer · 17 İyul 10:0133

    Sabahiniz xeyir.Iki heftedir buraxilisiniz yoxdur.Darixdiq .Sehifeleri axtardiq.Men Sizi Intiqam bey layiqliMolla Nesreddin davamcisi adlandirmaq isteyirem.zemanemizin yasadigimiz ictimaiyyetde en cox da cemiyyetde uzde olan artistlerinin eybecerliklerini ozunuze mexsus qaydada serh edirsiz.Bu menim ona gore xosuma gelir ki bu insanlar xalqin agilli namuslu ovladlarina yuksek tribunalardan kutlevi informasiya orqanlarindan ders demeye calisirlar.Meni en cox eseblesdiren de budur.Menevi haqqlari catmadiqlari halda ozlerini numune kimi gostermeleri.sag olun.Novbeti buraxilisinizi sagliq olsun oxumaq arzusu ile.

    Cavab yaz
  • Anonim
    Şems. · 17 İyul 10:0722

    Allah razı olsun sizden,qeleminiz her zaman iti olsun.

    Cavab yaz
  • Anonim
    Leyla · 17 İyul 10:2071

    Intiqam bey elleriniz var osun amma xalqin artisti adini dawiyan Brilyantin ermeni sevgisindende yazaydiz.

    Cavab yaz
    • Anonim
      Leylaya · 17 İyul 18:0000

      Intiqam beyin huneri ancaq ciliz meselelerde ozunu buruze verir,qelemi iwe duwur

      Cavab yaz
  • Anonim
    Kövrek · 17 İyul 10:4370

    Evveller qeybeti arvadlar eliyerdi indi kiwiler onlari kecib. Bizim mehellede de kiwiler yiqiwib nerd zad atirlar pewmandi yanlarindan bir qiz -gelin kecsin o deqiqe kecirler fealiyyete birinin de ustune bewini qoyub aqizlarina , aqillarina ne geldi bawliyirlar qeybet elemeye. Sonra da yiqdiqi melumatlari gedib evde arvadlarinan boluwurler utanmazlar. Sora da bawlayir arvadlar arasinda qeybet, utanmaz - utanmaz here oz erinden ewitdiyinin yene ustune bewini de qoyub dedi - qodu eliyirler, wou - biznesin de qeybetcisi Intiqam Valehoqlu. Allah bizim ayiblarimizi orterken biz bawqalarinin ayiblarini awikar edirik. Ar olsun bizlere

    Cavab yaz
  • Anonim
    ZEHRA S · 17 İyul 10:5312

    Salam.Sonuncu suala cavab verim.Men etmerem.Sağliğımda gor qazdırmaram.Allahin işini bilmek olmaz.7 8 il evvel baxmisdm.Qadin özune gor qazdirib hetda baş daşıda qoymusdu.Özünden evvel düz 3 oğlunu qebire qoymusdu özü ise sağ idi.Öz mezarinin sirasinda evladlarini defn etmsdi ve çox pesman olmisdiki sağ iken bele iş görmezdim gerey...Agamirzeninde sağlığına qismet ne deyek

    Cavab yaz
  • Anonim
    Moskvali · 17 İyul 11:0042

    Twkler yaxwica guldum. Reqsanenin necenci eri meselesine. Amma onu deyim kecmiwini unutmaq BIZIM millete xas OLAN bir xususiyyetdir. Dunen kendde bir paltari tapib geye bilmeyenler Moskvda bew manat qazanan kimi hec kimi beyenmir. Mawinla ele toz tozanaq qopardir ki Adam duwunur bu o deyildi gun coreyine mohtac?

    Cavab yaz
    • Anonim
      oxucu · 17 İyul 19:0700

      Halal olsun size duz sozu siz yazmisiz.

      Cavab yaz
  • Anonim
    ika.e · 17 İyul 11:0232

    Sialınıza cvb olaraq onu deye bilerem ki, qerarı vermek çetindi.Kim qarantiya vere biler ki, o qebre qoyulmaq sene qismet olar yoxsa yox..Allah her birimize xeyirli ölüm qismet etsin

    Cavab yaz
  • Anonim
    asi · 17 İyul 11:4242

    Salam..Axırdan başlayaq)..Bəlkə də çox insana həyatın mənasını və əhəmiyyətini başa düşməsi üçün əvvəlcədən qəbir qazması lazımdı..Bir video izləmişdim.Bir ərəb sağkən əsl ölü dəfni kimi dəfn etdirir özünü..Sonra oradan çıxarılır və əvəllcə etdiyi çox səhvləri başa düşdüyünü, ailəsinə, arvadına qarşı daha haqsızlıq etməyəcəyini və.s etiraf edir..Düşünmürəm ki, qeyri adi haldır, sonda hamının gedəcəyi bir yerdir, sağlıqda da təəccüb və qorxu yaratmamalıdır.Amma yenə də sağkən yaşamaq lazımdır, öldükdən sonra tapılacaq qəbir qazanlar))..Maraqlı idi, sağ olun..

    Cavab yaz
    • Anonim
      Asiye · 18 İyul 09:1020

      Axirdn nosun baslayirsan,terse messeb,ele evvelinden basla dayna......

      Cavab yaz
  • Anonim
    Xatire · 17 İyul 15:0211

    Aygunun 15 20 sm liq yeke donu

    Cavab yaz
  • Anonim
    deli.dayi · 17 İyul 19:5110

    yene alem qarisdi........bunu hami bilir ayqunun aqir cekili paltari ....casdim aqir yerisi ,,durusu,,xalqin artisti olduqu ....reqsanede oturub moskivede qoz sindirir ,,,,sindirsin de ..bilinmir kimin basinda,,

    Cavab yaz
  • Anonim
    aylin · 17 İyul 19:5300

    maraqliydi

    Cavab yaz
  • Anonim
    ürək · 18 İyul 01:1900

    Axşamınız xeyir.Hər bir kəs nə deyirsə nə danışırsa yalan palan .Öz vicdanı ilə təkbətək qaldığı bir zaman nəyin düz nəyin səhv nəyin yalan və nəyin doğru dediyini çoooox gözəl görür.Heç kəsdə deffekt axtarmaq lazım deyil.Müəyyənlik deyilən bir şey yoxdur.Qeyri müəyyənlik deyilən bir şey ki var onu da görkəmli dünya şöhrətli Lütfizadəmiz təsdiqləyib.Heç kəs mükəmməl deyil.

    Cavab yaz
  • Anonim
    1988Jale · 18 İyul 01:5400

    Salamalar her kese.Her zamanki kimi bu defede maraqlidi.Yazan elleriniz derd görmesin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.