Şou-biznes

"Rüşvətlə məni susdurmaq istəyirdilər" - Azər

14 İyul 2017 16:54
8 Şərh     Baxış: 2 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əvvəl deyirdilər "Yoxlama" plagiatdır. Bu, dünya layihəsidir. Lisenziyasını almışıq".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Azər Zahid "V element" verilişində deyib.

O, "Verilişə görə başınız çox ağrıyıb" sualına belə cavab verib:

"Başağrısı yox, xalqımızı maarifləndirmişik. Çoxları İnstagram-da yazır ki, gəlib sizin evinizə baxardıq, görək necədir. Əgər bir məkana gün ərizndə üç-beş adam daxil olursa, bu ictimai yerdir. Hərdən dostlarım zəng edir ki, hara gedək, filan yer təmizdir? Bunu zarafat kimi qəbul edirəm".

Azər çəkiliş zamanı ona rüşvət edənlərin də çox olduğunu bildirib:

"O qədər rüşvətlə məni susdurmaq istəyənlər olub ki... İmtina etmişəm və demişəm ki, bunu yayımlayacam. Onu efirə vermişəm".
 
"Maşın" şounun iştirakçılarından olan A.Zahid orada yer alanları ikiüzlü adlandırıb:

"Orada çoxlarında ikiüzlülük ortaya çıxardım. Sosial şəbəkədə özünü yuxarıdan aparıb, böyük danışanları kəşf etdim. Hamısı dovşanlardır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.