Şou-biznes

"Şoka düşdüm ki, bu nə biabırçılıqdır" - əməkdar artist

14 İyul 2017 15:26
0 Şərh     Baxış: 2 059

"Filmə dəvət ediblər, razılaşmamışam. Sssenarini bəyənməmişəm, demişəm ki, filan məbləği verin çəkilim. Çünki məndən soruşanda buna niyə çəkilmisən, cavab verə bilim".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Nicat Kazımov deyib.

"Qonaq gəl bizə" verilişinin qonağı olan aktyor gənc həmkarlarından şikayətlənib. O, yeni çəkilən filmləri bəyənmədiyini söyləyib:

"Bizdə kapitalist düşüncəsi yaxşı inkişaf etməyib. Sovetdən çıxdıq, amma şüurlarımızda qalıb. Kapitalistəmsə, istəyərəm filmlərimdə yaxşı aktyor oynasın. Bizdə elə deyil. Rejissor dostunu, xalası, dayısı, əmisi oğlunu, tanışımı filmə çəkir. Tamaşaçını günahlandırmaq olmaz. Tamaşaçı gedib hansısa bir düşük filmə də baxır. Sonra gəlir teatrda 15 ildir repertuardan düşməyən "Pəri cadu"nu da tamaşa edir və bəyənir. Nə etsin ki, qarşısına bu qoyulur? Mənim üçüm fərqi yoxdur ki, bacanağım, baldızım, oğlum aktyordur. Mənim oğlum ikinci kursda oxuyur. Nə olsun?".

N.Kazımov filmlərin keyfiyyətsiz çəkildiyini deyib:

"Aktyor yaxşı olsa da, texnika lazımdır. Mən qonorarımdan imtina edərəm, amma yaxşı texnikadan yox. Film olub ki, aldanıb çəkilmişəm. Səsyazmaya gələndə şoka düşdüm ki, bu nə biabırçılıqdır. Səhər saat 7-də çəkilişə çağırıb, günorta 4-də mator verilir. Başqa aktrisanın tərəf müqabili olduğunu bilir, gəlib qeyri-peşəkar birini görürsən. Böyük aktyorlarımız isə indi filmlərə çəkilmək istəmirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.