Şou-biznes

Əri həbsdə olan Zenfira: "Bir gün qaldı"

14 İyul 2017 18:24
7 Şərh     Baxış: 3 598

Müğənni Zenfira İbrahimovanın həbs edilən idmançı əri Anar Heydərov sabah azadlığa buraxılacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçı özü xəbər verib. O, həyat yoldaşı üçün darıxdığını vurğulayıb:

"Son bir gün qaldı, İnşallah. Çox darıxmışam. Anar, mənim üçün həqiqətən də sənsiz həyatın mənası yoxdur".

Qeyd edək ki, A.Heydərov iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikleti ilə Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla" işarəsi verməsinə məhəl qoymayaraq, hərəkəti davam etdirib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər. Onun sürücülük vəsiqəsində motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə qərarı ilə A.Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

7 Şərh:

  • Anonim
    $$$Yeraz · 14 İyul 19:1620

    Bu Zemfira makiyaji dehwet cox cekir.

    Cavab yaz
  • Anonim
    Bah · 14 İyul 21:4551

    Bes eri 10-15 il yatanlar neylesin?

    Cavab yaz
  • Anonim
    azeri · 14 İyul 22:1050

    KIM OLUR OLSUN QANUN QARSISINDA CAVAB VERMELIDIR

    Cavab yaz
  • Anonim
    122 · 14 İyul 22:5520

    Heyatin menasi ovladlarin

    Cavab yaz
  • Anonim
    İ L · 15 İyul 06:5300

    Zenfira özü səmimi xanımdir

    Cavab yaz
  • Anonim
    Anonim · 15 İyul 12:3200

    Bu kimdi?

    Cavab yaz
  • Anonim
    Anonim · 15 İyul 12:3300

    Hec beyenmirem bunu.cirkindi cox

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.