Şou-biznes

Tünzalə Ağayeva Aygün Kazımova ilə münasibətindən danışdı

14 İyul 2017 17:30
0 Şərh     Baxış: 2 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, tədbirlərin birində üz-üzə gələn xalq artisti Aygün Kazımova və əməkdar artist Tünzalə Ağayeva arasında soyuq anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənnilər bir-birini görməzdən gəlib salamlaşmayıblar.

T.Ağayeva "ATV maqazin onlarla" verilişinə açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, A.Kazımova ilə küsülü deyil:

"Biz şəkil çəkdirirdik, Aygün gəldi keçdi. Ola bilsin adam çox idi deyə, bir-birimizi görmədik. Aygün xanım maşından düşdü səhnəyə getdi. Mən isə müsahibə verirdim. Aramızda hər şey əladır. Başımız qarışıq olub. Ciddi bir səbəb yoxdur".

T.Ağayeva şou-biznes nümayəndələrinin əksəriyyəti ilə dost olduğunu söyləyib:

"Vütün layiqli həmkarımla münasibətim var. Layiq olmayanla yoxdur. Yaşasın şou-biznes dostluğu".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.