Şou-biznes

Afət Fərmanqızı: ""Qızım" qəlblərdə öz yerini alacaq" - VİDEO

13 İyul 2017 17:48
5 Şərh     Baxış: 3 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Afət Fərmanqızı yaradıcılıq yeniliklərindən bəhs edib.

Milli.Az bildirir ki, Musavat.com saytının suallarına cavab verən müğənni "Qızım" adlı yeni mahnısını artıq dinləyicilərin ixtiyarına verdiyini deyib:

- "Qızım" adlı yeni mahnınızı təqdim etdiniz. Mahnı necə ərsəyə gəldi?

- Mahnının musiqisini gənc bəstəkar Murad Zeynal təqdim etdi. Əslində başqa sözlərə yazılmış musiqi idi. Düşündüm ki, o temada mahnılar çoxdur, amma qız analarına həsr olunan mahnı yoxdur. Şənliklərdə qayınanaya, gəlinə bəyə həsr olunmuş mahnılar oxunur. Fikirləşdim ki, mən dəyişiklik edərək qız analarına mahnı oxuyum. Mərasimlərdə aparıcı Mikayıl Güləddinoğlunun "Qızım" adlı şeirinə müraciət edirdim. O şeiri redaktə etdik, mahnı formasına saldıq. Sonra Mikayıl bəyə fikrimi bildirdim, halallıq istədim. O da rahatlıqla oxuya biləcəyimi dedi. Mahnı keçən aydan hazırdır. Lakin bu günlərdə təqdim etməyi uyğun gördük. İnanıram ki, dinləyicilər tərəfindən seviləcək.

- Son zamanlar müğənnilər klip çəkdirməyə tərəddüd edirlər. Siz necə "Qızım" mahnısına ekran həyatı verəcəksiniz?

- Mən klip çəkdirməyi sevən müğənnilərdənəm. Bu mahnıya klip çəkdirməyi də düşünürəm. Lakin vaxtım yoxdur. Vaxt tapan kimi ekran həyatı verəcəyəm.

- Sizcə, yeni ifanız toy sferasında özünə məxsus yer tutacaq?

- Əlbəttə, düşünürəm. Uğur qazanacağına inanmadığım mahnını ifa etmirəm. Düşünürəm ki, el şənliklərinin sevilən bəstəsi olacaq.

- Oğlan anası olaraq qız anası haqda mahnı oxumaq istəyi necə yarandı?

- Mən heç vaxt övlad ayrı seçkiliyi etməmişəm. Qız uşaqlarını da çox sevirəm. Məni adətən şənliklərə gəlinlər dəvət edir. Mərasim boyu analarla gözəl ünsiyyət qururam, onlardan müsbət enerji alıram. Bu mahnını onlara hədiyyə etdim. Bəstənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm.

- Yaradıcılığınızda "Xına" mahnısı da xüsusi yer tutur. Yeni ifanızın onu geridə qoyacağını düşünürsünüz?

- 2017-c il mənim üçün uğurlu gəldi. Oxuduğum bütün mahnılar sevildi. "Salam yetir Qarabağa", "Xına" və "Ürəyimin öz sahibi var" mahnılarım çox sevildi. Inanıram ki, "Qızım" mahnısı da seviləcək.

- Adətən yay aylarında müğənnilər dincəlir. Sizin istirahət planlarınız varmı?

- Mən istirahətimi iyun ayına saldım. Orucluqla əlaqədar toylar yox idi. Mən də bunu fürsət bildim. Oğlumla 10 günlük İstanbula yola düşdüm. Yaxşı dincəldik və artıq işimin başındayam.

- Yeni mövsümdə tamaşaçılarınızı hansı yeniliklər gözləyir?

- Bir həftə sonra ikinci mahnım da işıq üzü görəcək. Musiqisi Telman Əliyev, sözləri xalq şairi Bəxtiyar Vahabzadəyə məxsusdur. Bəstə "Əlvida" adlanır, lirik mahnıdır. Onun da repertuarımda xüsusi yer tutacağına inanıram.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Afət Fərmanqızı - Xına

Afət Fərmanqızı - Qızım (2017)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.