Şou-biznes

"Bu işi görməyə üzüm olmaz" - Hacı Nuran

13 İyul 2017 17:09
2 Şərh     Baxış: 2 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həyatla ölüm arasında qalmışdım. Ona görə də layihəmi "Həyat" adlandırdım. Həyat var, insan kiməsə yaxşılıq edəndə özünə qayıdır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov deyib.

Aparıcı "ATV maqazin onlarla" verilişində bildirib ki, veriliş yeni başlasa da, gün ərzində yüzlərlə məktub alır:

"Bakıdan, rayonlarımızdan məktublar alırıq. 20 il ərzində bir dəfə nə  toy, nə ad günü aparmışam. Xoşlamıram. İnsanlar məni xeyriyyə işi görən biri kimi tanıyır, üzüm olmaz şou aparım. 

Arif Quliyev müalicə alır, Rəmiş Hüseynovu da çəkdik göstərdik. Onlar qayğı istəyir".

Uzun müddətdir xərçəngdən əziyyət çəkən Hacı Nuran həkiminin ona stressdən uzaq olmağı tapşırdığını söyləyib:

"Deyəsən, ikinci dəfə də pisləşəcək halım. 2015-ci ildə qayıdanda yaxşı idim. Bu işin içinə girdim, səhhətimə fikir vermədim və pisləşdi. Bir il qaldım, müayinə, əməliyyat olundum. İndi həkimim deyir stressdən uzaq ol, bu işlərdən uzaqlaşdır. Amma özümdən asılı deyil, belə işi sevirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.