Şou-biznes

"Milyonlarını hara gəldi xərcləyir" - Mehriban Xanlarova - VİDEO

13 İyul 2017 17:35
6 Şərh     Baxış: 8 405

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova müğənni İzzət Bağırovun ssenarisi əsasında çəkilən filmdə rol alıb.

Milli.Az bildirir ki, yeniçag.az-a açıqlama verən aktrisa artıq çəkilişlərin başladığını deyib:

"Ssenari olduqca maraqlıdır. Hadisələr dramatik xətlə cərəyan edir. Mən filmdə milyonçu arvadı obrazını canlandırıram. İzzət mənim qızımı sevir, amma düşmən olduğumuz üçün, bu evlilik baş tutmur. Təsadüfən oğlumun əlində tüfəng açılır və öz bacısını öldürür. İzzətin bu sevgisi faciə ilə bitir. Məşhur milyonçu xanımı olsam da həyat yoldaşımı sevmirəm, onunla məcburiyyətdən bir yerdə qalıram. Çünki pis adamdır və milyonlarını hara gəldi xərcləyir, pis əməlləri ilə ailəsini boğaza yığır".

Aktrisa aldığı qonorardan da danışıb:

"Bu, İzzətlə ikinci işbirliyimizdir, onunla birgə filmə çəkilmək çox xoşdur. O, həmişə aktyorlara layiq olduğu qonorarı verib. Bu dəfə də belə oldu, Allah ondan razı qalsın".

Qeyd edək ki, tammetrajlı bədii filmin rejissoru Samir Qulamovdur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Xanim · 13 İyul 18:3151

    Film cekilmeden film haqqinda melumat verdiniz,sonunu bildiyimiz kinoya niye gedek,kas ki,demeseydiniz,Mehriban xanim,xaricde bele hadise boyuk problem yaradar,insallah ugurlu olar,amma men kino haqqinda artiq melumatli oldugum ucun niye gedim ki

    Cavab yaz
  • Anonim
    . · 13 İyul 18:4011

    Bas rolda-İzzət Bagirov,gənc oglan rolunda -biraz daha cavanini tapmaq olmazdimi.Umumiyyətlə son vaxtlar bəzi seryallarda kecmis filmlərimizdəki kimi yasli aktyorlari gənc rollarinda cəkməyə basliyiblar kiii buda hec xos deyil

    Cavab yaz
  • Anonim
    azeri · 13 İyul 19:5901

    LAP YAXSI UQUR OLSUN

    Cavab yaz
  • Anonim
    Nardawa · 13 İyul 20:1631

    Hormetli Mihriban xanim Xanlarova,barmaqini bir qeder yiqiwdir,gözümüzü cixartdi.

    Cavab yaz
  • Anonim
    . · 14 İyul 03:3911

    Yəqinki İzzətdən icazsiz açıqlayıb filmin senerisini çünki İzzət heç yerdə senari haqda açıqlama vermir. İzzət özü yazıb senarini bunu açıqlamaq heç yaxşı olmadı mehriban((((

    Cavab yaz
  • Anonim
    Xanum · 14 İyul 06:3011

    Aktyorlar yoxdur Azarbaycanda?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.