Şou-biznes

Azərbaycanlı aktyor "Kardeşim benim 2"yə çəkilir - FOTO

13 İyul 2017 18:48
5 Şərh     Baxış: 4 934

Aktyor Kamran Ağabalayev Türkiyə istehsalı olan "Kardeşim benim 2" filmində rol alacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Burak Özçivitin prodüserliyini etdiyi ekran işində onunla yanaşı Murad Boz da çəkilir.

K.Ağabalayev əməkdaşımızla söhbətində bildirib ki, iyulun 16-da çəkiliş komandasına qatılacaq:

"Filmin çəkilişləri başlayıb. Mən də 16-da gedəcəm. Ssenari haqqında çox danışmağa ixtiyarım yoxdur".

Qeyd edək ki, "Kardeşim benim 2"nin çəkilişləri Çanakkalenin Bayramiç rayonunda aparılır. Ekran işinin noyabrın 24-də təqdim olunması planlaşdırılır. 

Filmin birinci hissəsində aktrisa Aslı Enver də rol almışdı. İkinci hissədə isə onun olub-olmayacağı sirr saxlanılır. Hətta filmdə Merve Boluğurun çəkiləcəyi xəbəri də yayılmışdı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    azeri · 13 İyul 19:5430

    SEVINDIM INSALLAH DAVAMI GELSIN

    Cavab yaz
  • Anonim
    Anonim · 13 İyul 20:1925

    Hər yamagın düzəlmişdi bir saqqal daragın qalmışdı ay kamran

    Cavab yaz
    • Anonim
      menn · 14 İyul 09:1410

      yaxwi xebere de pis munasibet gostermesez olmazmi?

      Cavab yaz
  • Anonim
    sena · 13 İyul 20:5612

    Ne taksi surucusu olar,ne mafyada bandit,boyuk rol vermezder ...delidilermi olar

    Cavab yaz
  • Anonim
    SIR BURCU · 13 İyul 21:4040

    ugurlu olsun insallah yaxsi rolda cekiler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.