Şou-biznes

"Bozbash pictures" ilk dəfə...

13 İyul 2017 15:30
2 Şərh     Baxış: 2 164

"Bozbash pictures" komandası yeni komediya filminin çəkilişlərinə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, çəkilişlər avqustda başlayacaq.

Aktyor İlkin Həsəni bu dəfə rejissor kimi Emil Quliyevlə çalışacaqlarını bildirib:

"Dayanmırıq, işləyirik. Növbəti macəra komediyasını çəkirik. Artıq dördüncü böyük film layihəmizdə bizimlə çiyin-çiyinə olan yazar dostlarımız Ənvər, Elnur, Samid və Tərlan yenə də fısqırıq bir mövzu ortaya çıxardılar. İlk dəfə bizimlə işləyəcək yeni quruluşcçu rejissorumuz Emil Quliyev dedi ki, yazmaq sizdən, çəkmək məndən. Uzun sözün qısası, bizə avqustda uğur arzulayın. Çətin bir işin altına giririk. 2018-ci ilin martında bizi gözləyin".

Qeyd edək ki, "Bozbash pictures" komandasında İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli yer alırlar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    A · 13 İyul 16:1510

    Sebirsizlikle gözleyirem sizi cox beyenirem allah sizi var elesin

    Cavab yaz
  • Anonim
    fizuli · 13 İyul 21:3700

    Allahşefaversin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.